Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2907/2023 25.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərar qəbul edən Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis baş serjantı X3, Qərardan şıkayət vermiş şəxs X1 iştirakı ilə, Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsi ilə Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X2 məhkəmə iclasında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində MERCEDES-BENZ B170 MARKALİ, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilində hərəkətdə olan zaman Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis baş serjantı X5 ona saxla əmri vermiş və o da dərhal avtomobilini sağa çəkib saxlamışdır. Saxlama səbəbini soruşanda YPX əməkdaşı ona bildirmişdir ki, piyadaya yol verməyərək yol hərəkəti qaydasını pozmuşdur. O, qayda pozuntusu törətmədiyini bildirsə də, YPX əməkdaşı onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsi ilə qərar qəbul edərək 50 (əlli) manat məbləğində inzibati cərimə olunmuşdur. Sonradan o, 112 qaynar xəttinə zəng vuraraq törətdiyi qayda pozuntusunun niyə sistemə yüklənmədiyini soruşmuş DYPŞ-dən onun yoldaşı Şöbəyə dəvət olunmuş, görüntülərə baxılmış və onun qayda pozduğu müəyyən olunmamışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında qərar qəbul edən Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis baş serjantı X5 qayda pozuntusunun video görüntüsünü təqdim etmiş və həmin görüntüyə baxanda yol hərəkəti qaydasını pozduğu ona məlum olmuşdur. Ona görə də, şikayət ərizəsinin baxılmadan ona geri qaytarılmasını məhkəmədən xahiş etdi. Qərar qəbul edən Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis baş serjantı X5 məhkəmə iclasında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində xidmətdə olan zaman MERCEDES-BENZ B170 MARKALİ, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil piyadaya yol verməyərək yol hərəkəti qaydasını pozmuşdur. Tərəfindən saxlanılmış, sürücüyə qayda pozuntusu izah olunaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol əsasında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılaraq 50 (əlli) manat məbləğində inzibati cərimə olunmuşdur. Sürücünün qayda pozması barədə görüntünü də məhkəməyə təqdim etmişdir. Qərardan şıkayət vermiş şəxs X1 şikayətinin təmin olunmamasını və xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, qərardan şikayət vermiş şəxs X2 MERCEDES-BENZ B170 MARKALİ, **-ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən piyadaya yol verməyərək yol hərəkəti qaydasını pozmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan müəyyən olunur ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan qərardan şıkayət vermiş şəxs X1 ərizəsindən görünür ki, şikayət ərizəsinin baxılmadan ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 330.0.2-ci maddəsinə əsasən yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş qayda pozuntusunu özündə əks etdirən videogörüntüdə qərardan şikayət vermiş şəxs X1 idarə etdiyi MERCEDES-BENZ B170 MARKALİ, **-ED-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edərkən piyadaya yol verməyərək yol hərəkəti qaydasını pozmuşdur. Həmçinin izibati xəta haqqında materiallarda X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsi ilə Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2 –ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. 01 (bir) ədəd disk inzibati xəta haqqında iş üzrə materialda saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2907/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2907/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver