Məhkəmə qərarları › İş №3(060)-2907/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2907/2025

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2907/2025 23.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİnin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində DYP əməkdaşı tərəfindən idarə etdiyi “Mercedes Benz” S350 markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı protokola və protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7484224 saylı qərardan əsasən guya avtomobilin ban şüşələrinə normativdən artıq üzlük çəkildiyi müəyyən edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş və ona 150 manat məbləğində cərimə tətbiq edilmişdir. Qeyd edir ki, AZS 122-2023-cü il standarta və “Yol hərəkəti haqqında” Qanuna əsasən: ön küləyə qarşı şüşə (ön bamper şüşəsi) - işıq buraxma ən azı 75% olmalıdır; ön yan şüşələr - işıq buraxma ən azı 70% olmalıdır. Əgər bu faizdən aşağı nəticə çıxarsa, bu artıq inzibati xəta tərkibi yaradır (İXM-in 342-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur). Bu halda, DYP əməkdaşı ölçmənin nəticəsini inzibati protokolda qeyd etməlidir. Ölçmənin hansı cihazla aparıldığı, cihazın seriya nömrəsi və göstəricisi protokola əlavə olunmalıdır. Əks halda sürücü ölçmənin obyektivliyini şübhə altına almaq və şikayət etmək hüququna malikdir. Lakin, həmin vaxt DYP əməkdaşı tərəfindən heç bir ölçmə işi aparılmadan, yalnız vizual baxmaqla barəsində inzibati cərimə tətbiq etmiş, bununla bağlı etirazını bildirməyinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Bunları əks etdirən videogörüntünü şikayət ərizəsinə əlavə edib. Halbuki, DYP əməkdaşı yalnız standartlara uyğunlaşdırılmış və kalibrlənmiş işıqburaxma ölçən cihaz (luminometr və ya fotometr tipli cihaz) istifadə edə bilər. Avadanlığın ölçmə dəqiqliyi və sertifikatı olmalıdır (AZS və ya beynəlxalq standart əsasında təsdiqlənmiş) Qeyd edir ki, Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP7484224 saylı inzibati xəta haqqında qərar Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-2361/2025 saylı qərarı ilə ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilmişdir. Lakin, buna baxmayaraq Bakı şəhər DYPİ-İ tərəfindən heç bir araşdırma aparılmamış və Sumqayıt şəhər Məhkəməsinin Azərbaycan Respublikası adından çıxarılmış xx.xx.2025-ci il tarixli, 3(060)-2361/2025 saylı qərarını heçə sayaraq yenidən həmin qanunsuz əsaslar üzrə xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Beləliklə, inzibati xəta haqqında qərarı yuxarıda qeyd etdiyi səbəblərdən qanunsuz və ədalətsiz sayır və xx.xx.2025-ci il tarixli TP ******* saylı qərar məhkəmə qaydasında ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə, AR İXM-nin və digər qanunvericiliyin tələblərinə əsasən məhkəmədən Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X5 İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-ci maddəsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməyini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməyini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şikayət vermiş şəxs və Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X1 markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə M.Müşviq küçəsində nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə Azərbaycan Respublikası İXM-in 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilməsi təsbit edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilmişdir. Bu Qanunun tələblərinə əsasən işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS ***-**** saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır: Küləyə qarşı şüşələr üçün-75% Küləyə qarşı olmayan digər şüşələr üçün - 70 % Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görünüşünü təmin etmək şərti ilə normallaşdırılmır. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, Elxan Xıdırov məhkəmədə şikayət ərizəsində istifadəsində olan avtomobildə örtüklərdən istifadə etməsini inkar etməmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır. Bu isə E.Xıdırov tərəfindən qeyd olunan qanunvericiliyin tələblərinin pozulmasını təsdiq edir. Beləliklə, məhkəmə şikayətin dəlilərini tam əsassız hesab etməklə təmin edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar