Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2913/2021 06.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs-X2 iştirakı ilə, X2 Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin 17.08.2021-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin 17.08.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 AZN məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X6 şikayət verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsitərəfindən tərtib edilmiş TP ******* saylı 17 avqust 2021-ci il tarixli qərarın ləğv edilərək inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsitərəfindən tərtib olunmuş 17.08.2021-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında material Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş, iş baxılması üçün təyin edilmişdir. X6 şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru polis serjantı X5 17.08.2021-ci il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı ilə o Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. O ona istinad olunan inzibati xətanı törətməmişdir. İXM-nin 211.2-ci maddəsinin tələblərini pozmamışdır. Lakin buna baxmayaraq o cərimə olunmuşdur. O 17.08.2021-ci il tarixdə avtobusda nəfəs almaqda çətinlik çəkdiyi üçün tibbi maskanı dodağının üst hissəsində saxlamışdır. Polis əməkaşları avtobusu saxlatdırıb içıri daxil olaraq onun düşməyini bildirmişlər. O maskanı taxdığını bildirsə də, polis əməkdaşı onun sözlərinə məhəl qoymayaraq elektron cərimə yazmışdır. O qərardan şikayət verəcəyini bildirmişdir. Eyni zamanda Azərbaycan Respublikası İXMnin tələblərini pozaraq onun izahatı alınmamış, hüquq və vəzifələri izah olunmamış, protokolla tanış olmamış və protokol tərəfindən imzalanmamışdır. O həmin tarixdə qanunazidd heç bir hərəkət etməmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs-X6 şikayətini təsdiqləyərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq protokol tərtib etmiş Sumqayıt Şəhər DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsi barədə heç bir məlumat verməmişdir. Məhkəmə X2 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə–fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir Beləliklə, X2 şitkayəti əsassız olduğundan rədd edilməlidir. X1 əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozmuşdur. Bununla bağlı kifayət qədər mötəbər sübutlar var, bunu şikayətçi təkzib etsə də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Şikayətçi şikayətində qoruyucu vasitədən düzgün istifadə etmədiyini etiraf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X4 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nin 17.08.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2913/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2913/2021
06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver