Məhkəmə qərarları › İş №3(060)-2913/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2913/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2913/2023 13.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlu X1 inzibati xəta haqqında protokolun və həmin protokol əsasında yazılmış inzibati cərimənin ləğv edilməsi barədə şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Lokal Vergilər Departamenti barəsində tərtib edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokolun və həmin protokola əsasən 56.242,01 AZN məbləğində inzibati cərimə edilməsinin məhkəmə qaydasında ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Məhkəmə hesab edir ki, X2 tərəfindən sənədlər məhkəməyə natamam şəkildə təqdim edilmişdir. Belə ki, şikayət ərizəsinə barəsində şikayət verilmiş inzibati tənbeh vermə haqqında qərar əlavə edilməmişdir. Bundan başqa şikayət ərizəsində X1 İnzibati Xətalar Məcəlləsinin hansı maddəsinə əsasən hansı inzibati tənbeh vermə haqqında qərar əsasında inzibati cərimə edildiyi məlum deyildir. Bundan başqa inzibati xətanın törədildiyi yer məlum olmadığından aidiyyat məsələsi qeyri-müəyyəndir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Qanunvericiliyin tələbinə əsasən şəxs barəsində inzibati tənbeh haqqında qəbul edilmiş qərardan inzibati xətanın baş verdiyi ərazi üzrə rayon (şəhər) məhkəməsinə şikayət ərizəsi ilə müraciət etməli, yalnız həmin məhkəmə tərəfindən şəxsin vəsatəti təmin olunduğu halda şikayət ərizəsi aidiyyatı üzrə baxılması üçün şikayət verən şəxsin yaşadığı yer üzrə rayon (şəhər) məhkəməsinə göndərilə bilər. Bundan başqa şikayət ərizəsi inzibati tənbeh verilməsinə görə olsa da şikayət verən şəxs Mülki Məcəllənin, İnzibati-Prosessual Məcəllənin normalarına istinad edərək barəsində olan inzibati cərimənin silinməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsinin normaları ilə tənzimlənir. Bundan başqa məhkəməyə təqdim edilmiş şikayət ərizəsindən görünür ki, X2 barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq vermə haqqında qərardan deyil, protokoldan şikayət vermişdir. Protokolun ləğvinə dair şikayətə baxılması isə qanunvericilikdə nəzərədə tutulmamışdır. Şikayət verən şəxs yalnız barəsində inzibati tənbeh tətbiq edilən qərarı mübahisələndirə bilər. Bundan başqa şikayət ərizəsi şikayət verən şəxs tərəfindən imza edilməmiş, şikayət ərizəsində onun qeydiyyat və yaşayış ünvanı qeyd olunmamışdır. Odur ki, qeyd olunanlara əsasən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 inzibati xəta haqqında protokolun və həmin protokol əsasında yazılmış inzibati cərimənin ləğv edilməsi barədə şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar