Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2914/2021 28.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Şikayət vermiş şəxs X1, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 09 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 oğlu şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən qəbul edilmiş 09 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi X4 oğlu izahatında bildirdi ki, 26.07.2021ci il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin əməkdaşları sahibi olduğu “Dan Ulduzu” şadlıq evinə baxış keçirmiş və 26.07.2021-ci il tarixli MN ******* saylı protokol tərtib etmişlər. Həmin protokol əsasında 09.08.2021-ci il tarixli, MN ******* saylı qərar qəbul olunmuşdur ki, guya o, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tələbini pozmuşdur. Bunun əsasında ona 4000 manat məbləğində cərimə yazılmışdır. Bildirir ki, 17.07.2021-ci il tarixdə şadlıq evində monitorinq keçirilmiş, şadlıq evinin zallarının sahəsi və həmin zallarda koronavirus pandemiyası dövründə adambaşına düşən sıxlıq normaları müəyyən edilmiş, bununla bağlı xəbərdarlıq edilmişdir. Lakin o, iyul ayının əvvəlindən artıq müştərilər ilə qonaq sayını müəyyənləşdirib razılaşdıqlarından sonradan qonaq sayını azaltması mümkün olmamışdır. Ölkədə fəaliyyət göstərən hər bir obyekt sahibi kimi o da karantin qaydalarına əməl etməklə icazə verilən vaxtda və qaydada fəaliyyət göstərir. Bu səbəbdən də hesab edir ki, həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, əməkdaşlarla birlikdə 26 iyul 2021-ci il tarixdə Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsində yerləşən “Dan Ulduzu” şadlıq evinin sahibi X1 iştirakı ilə həmin şadlıq sarayında keçirilmiş yoxlama zamanı Nazirlər Kabinetinin 136 və 237 saylı sıxlıq normaları ilə bağlı qərarının pozulması faktı aşkar edilmişdir. Belə ki sahibkarın bəyan etdiyi zalın sahəsinə əsasən Covid-19 pandemiyası dövründə zalda 93 nəfər adam əyləşə biləcəyi halda 138 nəfərlik şənlik mərasimi təşkil edilmişdir. Həmçinin bir masa ətrafında 6 nəfər yerləşdirilməli olduğu halda 8 ədəd oturacaq yerləşdirilmişdir. Bununla bağlı fotoları və videonu özündə əks etdirən diski də Məhkəməyə təqdim edir. Bundan əlavə 17.07.2021-ci il tarixdə şadlıq evində monitorinq keçirilmiş, şadlıq evinin zallarının sahəsi (460 m2 və 475 m2) və həmin zallarda koronavirus pandemiyası dövründə adambaşına düşən sıxlıq normaları müəyyən edilmiş, bununla bağlı xəbərdarlıq da edilmişdir. Müəssisə rəhbəri tərəfindən bununla bağlı hesabata imza da edilmişdir. Lakin xəbərdarlıq edilməsinə baxmayaraq 26 iyul 2021-ci il tarixdə keçirilmiş baxış zamanı karantin qaydalarının pozulması faktı aşkar edilmişdir. Odur ki, inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını və şikayətin təmin edilməməsini Məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. İş materiallarından görünür ki, X2 09 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş şənlik mərasimlərində xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinə dair 17.07.2021-ci il tarixli monitorinq hesabatından görünür ki, “Dan Ulduzu” şadlıq evi 02 zaldan ibarətdir (zalların sahəsi 460 m2 və 475 m2) və həmin sahələr üzrə müştəri qəbulu zamnı adambaşına müəyyən edilən sıxlıq normaları normativ sənədlə 180 nəfər, 186 nəfər - Koronavirus (COVİD-19) pandemiyası dövründə müvafiq olaraq 90 nəfər, 93 nəfərdir. Hesabatdan müəyyən olunur ki, “Dan Ulduzu” şadlıq evinin sahibi X2 həmin tarixdə xüsusi karantin dövründə şənlik mərasimlərinin təşkili ilə bağlı qaydalarla tanış olmuş, ona bununla bağlı xəbərdarlıq edilmiş və yoxlayıcı şəxslərlə bərabər o da hesabata imza etmişdir. İş materiallarına əlavə edilmiş 26.07.2021-ci il tarixli aktdan görünür ki, “Dan Ulduzu” şadlıq evində monitorinq zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 və 237 saylı sıxlıq normaları ilə bağlı qərarının pozulması faktı aşkar edilmişdir. Belə ki sahibkarın bəyan etdiyi zalın sahəsinə əsasən Covid-19 pandemiyası dövründə zalda 93 nəfər adam əyləşə biləcəyi halda 138 nəfərlik şənlik mərasimi təşkil edilmişdir. Həmçinin bir masa ətrafında 6 nəfər yerləşdirilməli olduğu halda 8 ədəd oturacaq yerləşdirilmişdir. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş 01 ədəd diskə baxış keçirilmiş, baxış zamanı həqiqətən də X2 tərəfindən Koronavirus (COVİD-19) pandemiyası dövründə müəyyən edilmiş karantin qaydalarının pozulması faktı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə qərara əsasən restoranlar üçün adambaşına düşən sahə 5,08 m2 (Xörəkpaylayanlar vasitəsilə xidmət) təşkil edir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş “Dan Ulduzu” şadlıq evinin ən böyük zalının 475 m2 olduğunu nəzərə alsaq həmin zalda əvvəlcədən də xəbərdarlıq edilməsinə baxmayaraq 138 nəfər qonağın əyləşməsi karantin qaydalarının pozulması kimi hesab edilməlidir. Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, X1 barəsində qəbul olunmuş 09 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X4 oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X4 oğlu tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, 09 avqust 2021-ci il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 01 ədəd disk sübuti əhəmiyyət daşıdığından iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X2 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə qəbul olunmuş 09 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. İş materiallarına əlavə edilmiş 01 ədəd disk sübuti əhəmiyyət daşıdığından iş materiallarında saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2914/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2914/2021
28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver