Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2915/2021 10.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X5 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X14 YPX inspektru X6, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs – X2 iştirakı ilə, xx.xx.1971-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Qubadlı rayonu Xanlıq kəndində qeydiyyatda olan X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 13.08.2021-ci il tarixdə, saat 23:25 radələrində idarə etdiyi “Dacia” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə hərəkətdə olan zaman saxlanılmış, yoxlama zamanı həkim müayinəsindən keçməkdən imtina etmişdir. Bununla da, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X14 tərəfindən 13.08.2021-ci il tarixli, AP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X9 izahatında bildirdi ki, X1 13.08.2021-ci il tarixdə, saat 23:25 radələrində idarə etdiyi “Dacia” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə hərəkətdə olan zaman saxlanılmış, ondan kəskin spirt iyi gəldiyi üçün yoxlamaya dəvət edilmiş, yoxlama zamanı həkim müayinəsindən keçməkdən imtina etmişdir. Bununla bağlı akt da tərtib olunmuş və iş materiallarına əlavə edilmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, özünü təqsirli bilmir. Hadisə vaxtı avtomaşını özü yox dostu idarə etmişdir. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən şahid Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X14 YPX baş inspektru X10 izahat verərək bildirdi ki, X1 13.08.2021-ci il tarixdə, saat 23:25 radələrində idarə etdiyi “Dacia” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə hərəkətdə olan zaman polis əməkdaşlarını görüb yolunu dəyişərək məhəllə daxili yola daxil olmuş, avtomaşını idarə etmək üçün dostuna vermiş, özü də onun yanında əyləşmişdir ki, guya avtomaşını o, idarə etmir. Ona yaxınlaşan zaman ondan kəskin spirt iyi gəldiyi üçün müayinəyə dəvət edilmiş, lakin o, yoxlama zamanı həkim müayinəsindən keçməkdən imtina etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan 13.08.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan və 13.08.2021-ci il tarixli, 5912 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan və iş materiallarına əlavə edilmiş digər sənədlərdən görünür ki, X1nun yoxlama zamanı həkim müayinəsindən keçməkdən imtina etməsi iş materiları ilə tam sübuta yetirilir. Onun özünü təqsirli bilməməsi özünümüdafiə xarakteri daşımaqla iş materialları ilə təkzib olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görədörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Qubadlı rayonu İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2915/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2915/2021
10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver