Məhkəmə qərarları › İş №3(060)-2920/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2920/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2920/2023 13.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Sumqayıt şəhəri, X8, ev 3952D ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 tərəfindən Şəxs barəsində 13 dekabr 2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-699/2020 saylı, xx.xx.2020-ci il tarixli, e-2(060)-6968/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(060)-3914/2018 saylı, xx.xx.2018-ci il tarixli və Sumqayıt şəhər 1 saylı Notariat ofisinin 8i-5690 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-699/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2018-ci il təvəllüdlü X9 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməli, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6968/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 353 (üç yüz əlli üç) manat əsas borc, 52,95 (əlli iki manat doxsan beş qəpik) manat cərimə olmaqla, ümumilikdə 405,95 (dörd yüz beş manat doxsan beş qəpik) manat borc və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməli, 2(060)-3914/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 298 (iki yüz doxsan səkkiz) manat əsas borc, 89 (səksən doqquz) manat cərimə olmaqla, ümumilikdə 405,95 (dörd yüz beş manat doxsan beş qəpik) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun kreditor "xxxx" MMC-nin xeyrinə tutulması və Sumqayıt şəhər 1 saylı Notariat ofisinin 8i-5690 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs 130 (bir yüz otuz) manat pul tutularaq Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş, borcluya qərar və bildiriş göndərilmişdir. X1 borclu tərəfindən ödəniş edilmədiyini və onun barəsində icra tədbirlərinin görülməsi barədə İdarəyə müraciət etmişdir. Borclu İdarəyə dəvət olunmuş və borcun ödənilməsi barədə ona xəbərdarlıq edilmişdir. Borclu əvvəllər aliment ödəmiş, lakin bu günə 5370 (beş min üç yüz yetmiş) manat aliment borcu yaranmışdır. xx.xx.2023-cü il tarixdə tələbkar və borclu ilə razılığa gəlmişlər ki, borclunun atası uşağa təqaüd düzəltdirməli, tələbkar isə alimentdən imtina etməli idi. Tələbkar təqaüdün düzəlməsi üçün borcluya 05 (beş) ay vaxt vermiş, lakin uşağa təqaüd düzəldilməmişdir. Ona görə də, tələbkar ərizə ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək borclu barəsində icra tədbirlərinin davam etdirilməsini xahiş etmişdir. Digər icra sənədləri üzrə borclu hec bir ödəniş etməmişdir. Borclu ilə əlaqə saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunsa da icra məmurunun tələblərinə tabe olmayaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gəlməmişdir. Onun barəsində axtarış elan edilmiş və bu gün Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmişdir. Ona görə də, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bidirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-699/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq ondan xx.xx.2018-ci il təvəllüdlü X9 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməli, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6968/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 353 (üç yüz əlli üç) manat əsas borc, 52,95 (əlli iki manat doxsan beş qəpik) manat cərimə olmaqla, ümumilikdə 405,95 (dörd yüz beş manat doxsan beş qəpik) manat borc və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu ondan tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməli, 2(060)-3914/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 298 (iki yüz doxsan səkkiz) manat əsas borc, 89 (səksən doqquz) manat cərimə olmaqla, ümumilikdə 405,95 (dörd yüz beş manat doxsan beş qəpik) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun ondan kreditor "xxxx" MMC-nin xeyrinə tutulması və Sumqayıt şəhər 1 saylı Notariat ofisinin 8i-5690 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən ondan 130 (bir yüz otuz) manat pul tutularaq Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Əvvəllər aliment ödəmiş, lakin sonradan maddi imkanı zəif olduğundan alimenti və digər icra sənədləri üzrə isə borcları ödəyə bilməmişdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs bu vaxta qədər heç bir ödəniş etməmişdir. Buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs tərəfindən icra sənədi üzrə borcların tam ödənilməməsini məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 13 dekabr 2023-cü il, saat 15:35-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar