Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2921/2022 10.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Zərərçəkmiş şəxslər - X2 və X3, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs - Şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinin sahə rəisi, polis leytenantı X8 iştirakları ilə xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2an Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş 10 noyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Tac” gözəllik salonunun qarşısında X4 və X1 təhqir etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinin sahə rəisi, polis leytenantı X11 bildirdi ki, xx.xx.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Tac” gözəllik salonunun qarşısında X4 və X1 təhqir etmişdir. Qeyd olunan faktla bağlı Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, o, X5 2 ilə yaxındır ki, tanıyır. 1 ay bir yerdə yaşamışlar. xx.xx.2022-ci il tarixdə Aytacın işlədiyi salonun qarşısında Aytacın anası Aygünlə aralarında münaqişə baş vermişdir. Həmin gün onu Aytac zəng edib çağırmışdır. Ora gələn zaman Aytacın anası onun üzərinə hücum çəkmişdir. Anası ona salonun qarşısına gəlməməyini və Aytacdan uzaq durmağını bildirmişdir. Salonun qarşısına getməkdə məqsədi Aytacla arasında olan məsələni həll etmək idi. O, həmin vaxt Aytacı və anası Aygünü söyməmiş və təhqir etməmişdir. Aygün onu təhqir etmişdir. Evlidir, 2 uşağı vardır. Hal-hazırda boşanır və işi mediasiya prosesindədir. Odur ki, Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 bildirdi ki, Nicata dəfələrlə ondan uzaq durmasını bildirmişdir. Nicat ona subay olduğunu deyərək onu aldatmışdır. Sonradan Nicatın evli olduğunu və övladlarının olduğunu öyrənmişdir. Nicatın anasına da bu hadisə barədə məlumat vermişdir. Nicatın anası da ona polisə müraciət etməsini bildirmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Nicat onun iş yerinə gəlmişdir. Həmin vaxt o çölə çıxmamış, içəridə qalmışdır. Anası ilə Nicat mübahisə etməyə başlamışlar. Nicatın onun anasını söydüyünü eşitməmişdir. Həmin gün Nicat onu söyməmiş və onunla mübahisəsi olmamışdır. Hal-hazırda onunla barışmaq fikri yoxdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 bildirdi ki, Nicat onun qızını narahat edir, qızını aldadır. xx.xx.2022-ci il tarixdə o, qızının işlədiyi salonda olarkən Nicat oraya gəlmişdir. O salondan bayıra çıxmış, Nicat ona Aytacı sevdiyini və ondan ayrılmayacağını bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmış və Nicat onu söymüşdür. Nicat oradan uzaqlaşmadığı üçün o, Nicatı söymüş, Nicat da onu söymüşdür. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Müdafiəçi Vəkil bildirdi ki, ərizəçilərin izahatından məlum olur ki, onlara qarşı söyüş və təhqir olmamışdır. İlk dəfə Aygün xanım Nicatı təhqir etmişdir. Buna görə də hüquqlarını müdafiə etdiyi şəxs barəsində inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işin hallarını iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs əməli X6 münasibətdə sübuta yetirilir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki Şəxs tərəfindən ictimai qayda pozulmuşdur, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif edilmişdir. Lakin Şəxs əməli X7 münasibətdə öz təsdiqini tapmır. Belə ki, X9 öz ifadəsində mübahisə zamanı onların yanında olmadığını, Şəxs tərəfindən onun anasına və özünə qarşı hər hansı nalayiq ifadə işlətdiyini eşitmədiyini, eyni zamanda həmin gün onların arasında heç bir mübahisə olmadığını bildirmişdir. Şəxs da X9 ilə mübahisə etmədiyini, yalnız onun anası X10 ilə mübahisə yaşandığını bildirmiş, hadisənin axarı ilə bağlı X10 yuxarıda göstərilənləri təsdiq etmişdir. Şəxs hadisə baş verdiyi vaxt zərərçəkmiş şəxs X10 barəsində kobud ifadələr işlətmədiyini qeyd etsə də, məhkəmə həmin hissədə bu dəlili özünümüdafiə xarakter daşıdığını hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini və yaşını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 50,00 (əlli) manat məbləğində cərimə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2921/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2921/2022
10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver