Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2929/2022 29.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarı ilə Sumqayıt şəhəri Sülh küçəsi-1 ünvanında yerləşən "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan "xxxx" MMC-nin direktoru X4 şikayət verərək "xxxx" MMC-nin rəhbəri kimi onun əməlində inzibati xəta tərkibi olmadığını, yoxlamanın İnzibati Xətalar Məcəlləsinin və Azərbaycan Respublikası Prezidentinin Fərmanının tələblərinin pozulması ilə aparılmasını nəzərə alaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarınını ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* №-li İnzibati tənbeh vermə haqqında Qərarına əsasən Sumqayıt şəhəri Sülh küçəsi-1 ünvanda yerləşən "xxxx" MMC-nin quşçuluq fabrikində müxtəlif növ tullantıların yandırılmasında MMC-nin qanuni təmsilçisi olan direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs qisimində 2000 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar İXM-nin və digər qanunvericilik aktlarının tələblərinin pozulması ilə verilmiş, buna görə də aşağıda göstərilən səbəblərə görə əsassız olduğuna görə ləğv edilməlidir. İnzibati iş üzrə araşdırma aparılarkən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi xx.xx.2022-ci il tarixli, G-MG/4322-069 sayh «Ətraf mühitin Mühafizə haqqında» AR Qanununun pozulmasının aradan qaldırılması üçün Məcburi Göstəriş vermiş, həmin göstərişdə cəmi 2 tapşırıq vermişdir. Bunlardan biri Müəssisənin fəalyyəti zamanı əmələ gələn tullantıların daşınması üçün müvafiq təşkilatlarla müqavilə bağlanması, digəri isə ərazinin sanitar normalara uyğun vəziyyətdə saxlanması olmuşdur. Müqavilə bağlamaq göstərişi üzrə 7 gün müddət qoyulmuşdur. Həmin 7 gün müddətini gözləmədən cəmi 1 gün sonra, yəni xx.xx.2022-ci il tarixdi göstərişlə müəyyən edilmiş müddəti gözləmədən, 4 saylı Rejional Ekologiya və Təbii Sərvətlər İdarəsi inzibati xəta törədilməsi qərarına gələrək 19 oktyabr 2022-ci il tarixli, MN ******* №-li İnzibati xəta haqqında protokol tərtib etmişdir. Bu hal qanunvericiliyin pozulması kimi qiymətləndirilməlidir. Çünki, əgər yoxlayıcı orqan tərəfindən müddət müəyyən edilirsə, protokol yalnız həmin müddət bitdikdən sonra tərtib edilməli idi. "xxxx" MMC olaraq 14 avqust 2021-ci il tarixdə istehsalat fəaliyyəti zamanı tullantıların daşınması üçün "xxxx" MMC ilə müqavilə bağlanmış və onlar mütəmadi olaraq müəssisənin tullantılarını poliqona apararaq utilizasiya edirlər. Sonuncu dəfə həmin tulantı daşıyan şirkət 2022-ci iln avqust ayı ərzində 193,09 ton tullantını poliqona daşıyaraq məhv etmiş və bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib etmişdir. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi isə buna əhəmiyyət verməmiş və bir müddət gözləmədən cəmi 1 gündən sonra İnzibati xəta haqqında protokol tərtib etmişdir. Şirkətin istehsalat sahələri və ərazisi daima sanitar normalara uyğun olaraq təmiz vəziyyətdə saxlanılır və sanitar normalara cavab verir. Bunun üçün tullantı daşıyan şirkətlə müqavilə bağlamış və tullantıların daşınması üçün sonuncu dəfə "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə 1062 manat məbləğində xidmət haqqı ödəmişlər. Həmin sənədlər və sübutlar məhkəməyə təqdim edilmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında» Fərmanına və bununla bağlı digər normativ sənədlərə əsasən sahibkarlıq fəaliyyəti sahəsində yoxlamalar (o cümlədən təftiş, monitorinq, xronometraj, baxış, müayinə və s.) yalnız Ədliyyə Nazirliyində bunun üçün yaradılmış Xüsusi Reyestrdə qeydiyyatda alındıqdan sonra aparıla bilər. Həmin Fərmanda göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin adı çəkilən Fərmanının pozulması ilə aparılmış bütün yoxlamaların heç bir hüquqi nəticələri və hüquqi əhəmiyəti yoxdur. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi isə buna heç bir əhəmiyyət verməmiş, AR Prezidentinin Fərmanına əməl etməyərək AR Ədliyyə Nazirliyinin Reyestrdən Çıxarış almadan yoxlama keçirmişdir ki, bu da qanunvericiliyin tələblərinə tam şəkildə ziddir. Şikayətdə qeyd edilənləri, "xxxx" MMC-nin rəhbərinin əməlində inzabi xəta tərkibinin olmadığını, həmçinin yoxlamanın İnzibati Xətalar Məcəlləsinin və Azərbaycan Respublikası Prezidentinin Fərmanının tələblərinin pozulması ilə aparılmasını nəzərə alaraq, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 oktyabr 2022-ci il tarixli, ******* №-li Qərarının ləğv edilməsi xahiş edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş "xxxx" MMC-nin direktoru X4 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X5 şikayətlə razılaşmayaraq göstərdi ki, "xxxx" MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Sumqayıt şəhəri Sülh küçəsində yerləşən Sumqayıt şəhəri “Bağça şəhər” yaşayış kompleksində yaşayan bir qrup sakinin şikayəti əsasında tərtib edilmişdir. Belə ki, Sumqayıt şəhəri “Bağça şəhər” yaşayış kompleksinə yaxın ərazidə fəaliyyət göstərən “toyuq fermasından gələn iy-qoxunun sakinləri narahat etməsi” barədə ETSN-nin “Qaynar xətt” mərkəzinə ünvanlanmış müraciətlər şikayətçilərin iştirakı ilə yerində araşdırılmış, araşdırma zamanı "xxxx" MMC-nin “quşçuluq fermasının həyətyanı sahəsində tullantıların yandırılması faktı aşkar olunmuş və bu barədə müvafiq akt tərtib edilmiş, fotoşəkillər çəkilmişdir. Məhz bundan sonra tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamış, qərar tam əsaslı olaraq qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən şikayətin təmin olunmamasını xahiş edir. Məhkəmə "xxxx" MMC-nin direktoru X2 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* №-li İnzibati tənbeh vermə haqqında Qərarı ilə "xxxx" MMC-nin qanuni təmsilçisi olan direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Beləliklə, "xxxx" MMC-nin direktoru X2 şitkayəti əsassız olduğundan rədd edilməlidir. X4 tərəfindən sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməmişdir. Bununla bağlı işdə kifayət qədər mötəbər sübutlar var, bunu şikayətçi təkzib etsə də onun göstərdikləri inzibati xətanın baş verməməsi qənaətinə gəlməyə əsas deyildir. Şikayətçinin mübahisələndirdiyi əsas məsələlər prosessual məsələlərdir. Məhkəmə tərəfindən bu hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılması barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun şəkildə ona məlumat verilmişdir. Məhkəməyə təqdim edilən sənədlərin surətləri ilə bu təsdiq edilir. Ona görə də, məhkəmə hesab edir ki, X3 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC-nin direktoru X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* №-li qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №3(060)-2929/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2929/2022
29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver