Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2931/2023 14.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Xızı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, N saylı hərbi hissədə qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-4472/2017 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş və borclunun hazırda 9139 manat borcu vardır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-4472/2017 saylı icra sənədinə əsasən borclu Şəxs xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü Qurbanzadə Rəhim Rəşad oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2017-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 136.60 manat olmaqla, cəmi 273.20 manat sabit pul məbləğində tutularaq iddiaçı Fəridə Qurbanova (Rüstəmzadə) Nəriman qızına verilməsi qət edilmişdir. Daha öncə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəmə qərarı ilə barəsində tənbeh tətbiq edilmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə icra məmuru ona verilmiş sullara cavab olaraq bildirmişdir ki, borclu barəsində xx.xx.2018-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cü il tarixli qərarı ilə barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. 2022-ci ildə də borclu barəsində protokol tərtib edilmiş. Lakin məhkəmə tərəfindən həmin protokol geri qaytarılmışdır. Bundan sonra 2023-cü ilin yanvar ayında borc üzrə 1000 manat ödəniş edilmişdir. Ümumilikdə 7 il ərzində 12.990 manat ödəniş etmişdir. Hazırda borclu hər ay 300 manat ödəniş edir, bu isə aylıq borcundan 27 manat artıq edir. Hazırda borclu 500 manat əmək haqqı alır, ondan isə 300 manat məbləği aliment borcu ödəyir. Borclunun əlaə hər hansı gəliri və ya əmlakı tərəflərindən müəyyən edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, aliment borcu üzrə ödənişlər aparmış, borcunu ödəməkdən yayınmır, sadəcə maddi vəziyyəti imkan vermədiyi üçün əvvəlcədən yığılmış borcu bir dəfəyə tam təmin edə bilmir. Bu ilin yanvar ayında bankdan kredit götürərək 1000 manat ödəniş etmişdir. Bundan sonra isə hər ay 300 manat ödəniş edir. Yalnız yay aylarında bir dəfə ödəniş edə bilməmişdir. Bunun isə səbəbi həmin vaxt övladının səhhətində yaranmış problemlə bağlı olmuşdur. Tələbkar özü də həmin vaxt bununla razılşamışdır. Hazırda iş yerini dəyişmiş və yeni işə düzəlmişdir. Hər ay 500 manat əmək haqqı olur, onun da 300 manatını ödəniş edir. Qalan 200 mana məbləği isə ailəsinə xərcləmək məcburiyyətindədir. Belə ki, yenidən ailə qurmuş və bir azyaşlı övladı var. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, borclu icra sənədini qərəzli olaraq icra etmir, o, Şəxs çox güzəştlər etmişdir. Şəxs 2023-cü ilin iyul ayında da ödənişlər etmişdir. Belə ki, həmin vaxt borclunun övladının səhəti ilə bağlı məlumatlı olmuş və ona güzəşt etmişdir. Göstərilən halların nəzərə alınmasını və Şəxs barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil bildirmişdir ki, işin hallarından da görünür ki, şəxs mütamadi ödənişlər edir, hər ay aliment borcunu tam şəkildə ödəyir, hətta keçmiş borcundan da ödəniş edir. Yanvar ayında isə 1000 manat kredit götürərək ödəniş etmişdir. Bütün bunlar isə bir daha təsdiq edir ki, borclu icra sənədini tam icra edə bilməməsi qərəzli deyil. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-4472/2017 saylı icra sənədindən görünür ki, Şəxs xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü Qurbanzadə Rəhim Rəşad oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2017-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 136.60 manat olmaqla, cəmi 273.20 manat sabit pul məbləğində tutularaq iddiaçı Fəridə Qurbanova (Rüstəmzadə) Nəriman qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 3(060)-3201/2018 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(060)-2192/2019 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, Şəxs icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ödənişlər etmişdir. Elektron məhkəmə sistemində Şəxs qohumluq məlumatları barədə çıxarışdan görünür ki, onun 1-ci nikahdan iki uşağı olmaqla uşaqların təvəllüdləri xx.xx.2014 və xx.xx.2015, 2-ci nikahdan bir uşağı olmaqla uşağın təvəllüdü xx.xx.2022-ci ildir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-4472/2017 saylı icra sənədinə əsasən borclu Şəxs hər ay hər bir uşaq üçün 136.60 manat olmaqla, cəmi 273.20 manat sabit pul tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədini qərəzli olaraq icra etmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli qərarları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, son bir il ərzində borclu Şəxs hər ay ödənişlərini mütamadi etmiş, yalnız bir ay ərzində ödəniş etməmişdir. Həmçinin hər ay ödənilməli olan məbləğdən əlavə ödənişlər də etmişdir. Belə ki, aliment borcu 273,2 manat olsa da hər ay 300 manat ödəniş etmiş, həmçinin 2023-cü ilin yanvar ayında 1000 manat ödəniş etmişdir. Beləliklə altı il ərzində yığılmış ümumi alimnet borcundan 12.990 manat ödəniş etmiş, 9139 manat isə borc qalmışdır. İş üzrə həmçinin müəyyən edilmişdir ki, borc məbləğinin yığılmasının səbəbi Şəxs əvvəllər ödəniş etməməsi olmuşdur. Barəsində müvafiq tənbeh tədbirləri tətbiq edildikdən sonra icra sənədinin icra edilməsi istiqamətində hərkətlər edərək boru ödəməyə başlamışdır. Lakin, ödənişləri tam etməmiş, yalnız aylıq ödənişləri etmiş, əvvəlcədən yığılmış borc üzrə isə 2023-cü ilin yanvar ayında 1000 manat, hər ay isə aylıq ödənişə əlavə kimi 27,8 manat ödəniş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, aliment borcu üzrə aylıq ödənişlərin edilməsi əvvəlcədən yığılmış borcun ödənilməməsi və ya yığılmış borc məbləğinə münasibətdə tənasübsüz şəkildə az məbləğlərin ödənilməsi özü də icra sənədinin qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilməldir. Yəni, hazırda aylıq ödənişlərin edilməsi əvvəlcədən yığılmış borcun ödənilməməsi və ya gecikdikdirilməsi üçün əsas deyil. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs son aylarda aylıq ödənişləri icra etməsini, keçmiş borc üzrə isə az da olsa ödənişlərin edilməsini, həmçinin himayəsində 2-ci nikahdan bir azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən işdə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdırıcı halların isə olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə tətbiq ediləcək inzibati tənbehin növünü müəyyənləşdirərkən həmçinin Şəxs yeni işə düzəlməsini, həbs tətbiq ediləcəyi halda iş yeinin itirilməsi təhlükəsini və icra sənədinin icrası vəziyyətinin daha da çətinləşə biləcəyi ehtimallarını nəzərə alır. Məhkəmə həmçinin hesab edir ki, Vəkil tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 3 saat görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosounun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2931/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2931/2023
14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver