Məhkəmə qərarları › İş №3(060)-2932/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2932/2023

14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2932/2023 14.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X7 YPX inspektoru, polis serjantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs - Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1, 332.2 və və 334-1.1-ci maddəsi ilə inzibati xəta haqqında Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X7 YPX inspektoru, polis serjantı X5 tərəfindən xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:21 radələrində Sumqayıt şəhəri, Azərbaycan prospektində hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan avtomobili idarə etdiyi müəyyən olunmuş və həkim müayinəsindən sonra məlum olmuşdur ki, narkotik vasitə qəbul edib avtomaşını idarə etmişdir. Bununla da Əliyev X2n Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1, 332.2 və və 334-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X7 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən 334-1.1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan həmin maddə üzrə işə baxılmalıdır. Məhkəmə iclasında protokolu tərtib edən Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X7 YPX inspektoru, polis serjantı X5 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:21 radələrində Sumqayıt şəhəri, Azərbaycan prospektində hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan avtomobili idarə etdiyi müəyyən olunmuş və özünü şübhəli apardığı üçün həkim müayinəsindən keçirilmiş və narkotik vasitə qəbul edib avtomaşını idarə etdiyi məlum olmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, özünü təqsirli bilir, xx.xx.2023-cü il tarixdə saat 15:21 radələrində Sumqayıt şəhəri, Azərbaycan prospektində hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan avtomobili idarə etdiyi müəyyən olunmuş, ondan şübhələndikləri üçün YPX əməkdaşları tərəfindən həkim müayinəsindən keçirilmiş və narkotik maddə qəbul edib avomobil idarə etdiyi aşkarlanmışdır. Narkotik vasitədən mütəmadi istifadə etmədiyini, amma bir neçə gün əvvəl narkotik vasitə qəbul etdiyini bildirdi. Əməlindən peşman olmasını, himayəsində 02 (iki) azyaşlı uşağının olmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi 6275 nömrəli, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında öz təsdiqini tapır. Akta görə Şəxs müayinə vaxtı (xx.xx.2023-cü il, saat 16:05-də) marixuana qəbul faktı aşkar edilmişdir. Məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhəkəmə Şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.2-ci maddəsinə əsaəsn məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Göstərilənlərə əsasən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyətini yüngülləşdirən halın olmasını nəzərə alır və hesab edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi 6275 nömrəli, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə öz təsdiqini tapmışdır. Ona görə də, inzibati tənbehin məqsədinə nail olmaq üçün ona inzibati cərimə növündə tənbeh tətbiq edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Əliyev X2 Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar