Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-294/2024 26.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru – X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 tərəfindən 26 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3992/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(060)-5151/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(060)-7697/2022 saylı, xx.xx.2022-ci il tarixli və Sumqayıt şəhər 3 saylı notariat ofisinin 8İ-3507 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə cəmi 10243,38 manat məbləğində borcu üzrsüz səbəbdən icra etməmiş, icra məmurunun çağırışlarından qəsdən yayınmışdır. Sumqayıt şəhər İcra İdarəsinin böyük icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2024-cü ildə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3992/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 1692,74 manat əsas, 339,19 manat faiz, cəmi 2030,93 manat borc və 40,30 manat dövlət rüsumunun əvəzi "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5151/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 3100 manat əsas, 420,26 manat faiz, 0,34 manat cərimə borcu olmaqla, cəmi 3520,60 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 55,61 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq "xxxx" KB ASC-yə ödənilməlidir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7697/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********20615 iPhone 11 markalı telefon, Apple 20W USB-C Adapter üçün 1743,8 (bir min yeddi yüz qırx üç manat, səksən qəpik) manat ödənilməmiş borc, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN SİAC markalı kondisioner üçün 746 (yeddi yüz qırx altı) manat ödənilməmiş borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN TS-75 markalı TORNADO üçün 283,5 (iki yüz səksən üç manat, əlli qəpik) manat ödənilməmiş borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Bosch markalı Şirə çəkən, HOFFMANN markalı Mini soba üçün 116,4 (yüz on altı manat, qırx qəpik) manat ödənilməmiş borc, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Braun markalı, Eurogold Mono markalı Ütü masası üçün 83,6 (səksən üç manat, altmış qəpik) manat ödənilməmiş borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********41147 X6 10 markalı telefon üçün 220 (iki yüz iyirmi) manat ödənilməmiş borc, ümumilikdə 3193,3 manat borc və 51,93 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Bundan başqa Sumqayıt şəhər 3 saylı notariat ofisinin 8İ-3507 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən "xxxx" ASC-nin xeyrinə Şəxs 1325 manat 71 qəpik və ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 1350 manat 71 qəpik pul tutulmalıdır. Lakin borclu icra sənədləri üzrə borcu üzrsüz səbəbdən icra etməmiş, icra məmurunun çağırışlarından qəsdən yayınmışdır. Borclu "xxxx" MMC-yə olan borcundan müəyyən ödəniş etdiyini bildirsə də bu barədə hər hansı sübut təqdim etməmişdir. İcra sənədləri üzrə ümumilikdə borclunun 10243,38 manat borcu yaranmışdır. Borclu ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamağa çalışsa da borclu hər dəfə icra məmurunun mobil telefon nömrəsini qara siyahıya salaraq çağırışlardan yayınmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. İcra sənədi üzrə borclu Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, bu gün ona polis bölməsindən zəng olunduğuna görə icra idarəsinə getmişdir. İcra sənədləri üzrə yaranmış borcundan xəbərdardır. Torpağı vardır, onu satmaq fikri vardır. Yay aylarında həmin torpağı satıb borcunu bağlayacaqdır. "xxxx" MMC-yə yalnız kondisioner və mobil telefonun borcu qalmışdır. Yay ayına qədər vaxt verilməsini istəyir. Hal-hazırda ödəməyə imkanı yoxdur. Məhkəmədən nəzərə alaraq barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş edir. Müdafiəçi Vəkil bildirdi ki, borclu hazırda işləmir, işlədiyi vaxtda ödəyəcəkdir. Məhkəmədən borclu barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tələbkar "xxxx" ASC, "xxxx" KB ASC, "xxxx" MMC və "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə inzibati işin materiallarını araşdıraraq protokolu tərtib etmiş şəxsin, barəsində protokol tərtib olunmuş şəxsi dinləyərək hesab edir ki, borclu şəxs Şəxs tərəfindən icra sənədi üzrə ödəniş edilməməsi və icra məmurunun çağırışlarına gəlməməsi onun qərəzli olaraq Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və icra sənədlərini icra etməkdən boyun qaçırdığını göstərir. İş materillarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3992/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 1692,74 manat əsas, 339,19 manat faiz, cəmi 2030,93 manat borc və 40,30 manat dövlət rüsumunun əvəzi "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İş materillarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5151/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 3100 manat əsas, 420,26 manat faiz, 0,34 manat cərimə borcu olmaqla, cəmi 3520,60 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 55,61 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq "xxxx" KB ASC-yə ödənilməlidir. İş materillarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7697/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********20615 iPhone 11 markalı telefon, Apple 20W USB-C Adapter üçün 1743,8 (bir min yeddi yüz qırx üç manat, səksən qəpik) manat ödənilməmiş borc, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN SİAC markalı kondisioner üçün 746 (yeddi yüz qırx altı) manat ödənilməmiş borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN TS-75 markalı TORNADO üçün 283,5 (iki yüz səksən üç manat, əlli qəpik) manat ödənilməmiş borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Bosch markalı Şirə çəkən, HOFFMANN markalı Mini soba üçün 116,4 (yüz on altı manat, qırx qəpik) manat ödənilməmiş borc, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Braun markalı, Eurogold Mono markalı Ütü masası üçün 83,6 (səksən üç manat, altmış qəpik) manat ödənilməmiş borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********41147 X6 10 markalı telefon üçün 220 (iki yüz iyirmi) manat ödənilməmiş borc, ümumilikdə 3193,3 manat borc və 51,93 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İş materillarından görünür ki, Sumqayıt şəhər 3 saylı notariat ofisinin 8İ-3507 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən "xxxx" ASC-nin xeyrinə Şəxs 1325 manat 71 qəpik və ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 1350 manat 71 qəpik pul tutulmalıdır. İş materillarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən borclu Şəxs barəsində məcburi gətirilmə tətbiq edilmişdir. İş materillarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 8(060)-927/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materillarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materillarında olan Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, borclu Şəxs barəsində Sumqayıt ŞPİ-si tərəfindən xx.xx.2023-cü il tarixdə 734315 saylı axtarış işi açılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu məhkəmə qərarından və icra sənədindən xəbərdar olmuş, bu müddət ərzində icra sənədi üzrə ödəniş etməmiş, icra sənədinin icrasından qəsdən boyun qaçırmışdır. Qeyd olunanlara əsasən icra sənədi üzrə borcunun yaranması onun qəsdən icra sənədinin icrasından yayınmaq və icra məmurunun qanuni tələblərinə tabe olmamaq məqsədini təsdiq edir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs şəxsiyyətini, borclunun məhkəmənin icra sənədindən xəbərdar olmasına baxmayaraq ödəniş etmədiyini, icra sənədinə əsasən borcunun yaranması, icra sənədini icra etməkdən boyun qaçırmasını və icra sənədinin icrasından yayınmasını, icra məmurunun çağırışlarına gəlməməsini, axtarışla gətirilməsini, təqsirli olduğu inzibati xətanın tənbeh növünün cərimə və ya həbs olduğunu və hazırda icra sənədi üzrə pul borcunun olmasını məhkəmə nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 26 yanvar 2024-cü il tarixdən hesablansın. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-294/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-294/2024
26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver