Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2940/2024 29.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin polis sahə rəisi X5, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi Rəşad Cəfərovun Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 29 noyabr 2024-cü il tarixli MN ******* nömrəli və 29 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələri ilə təqsirləndirilməsinə dair 29 noyabr 2024-cü il tarixli MN ******* nömrəli və 29 noyabr 2024cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-2939/2024 və 3(060)-2940/2024 nömrəli işlər bir icraatda 3(060)-2940/2024 nömrə ilə birləşdirilmişdir. İnzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 23.45 radələrində və xx.xx.2024-cü il tarixdə saat 23.00 radələrində yaşadıqları Sumqayıt şəhəri, BTZ bağları, fərdi evdə həyat yoldaşı X6 döyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi Rəşad Cəfərov izahatında bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:45 radələrində və xx.xx.2024-cü il tarixdə saat 23.00 radələrində yaşadıqları Sumqayıt şəhəri, BTZ bağları, fərdi evdə həyat yoldaşı X6 döyərək xəsarət yetirmişdir. Hadisə yerində olmuş, tərəflərin izahatı alınmış, ekspert rəyinin nəticəsinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə müraciət edilmişdir. Protokolu müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, həyat yoldaşını döyməmişdir, sadəcə olaraq qolundan tutmuşdur. Həyat yoldaşı ona söz atır, o da onun üzərinə gələn kimi DİN-in 102 zəng xidmətinə zəng edərək məlumat verir. Birinci dəfə DİN-in 102 zəng xidmətinə zəng olunan zaman polis əməkdaşları onların yaşadığı evə gəlmiş, həyat yoldaşı polis əməkdaşlarına onu balta ilə vurduğunu bildirmişdir. Lakin yenə də bildirir ki, o həyat yoldaşını balta ilə vurmamışdır, əgər vursaydı xəsarəti olardı. Törətdiyi əməldən peşman olmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi iştirak edən X6 izahatında bildirmişdir ki, birgə nikahdan 2 uşaqlarının olduğunu, uşaqların azyaşlı olduqlarını və məktəbə getdiklərini bildirdi. Həyat yoldaşı Şəxs hər gün evə içkili vəziyyətdə gələrək onun evdən çıxmasını tələb edir. Hər gün aralarında mübahisə olur və uşaqlar da qorxu hissi keçirirlər. Birinci dəfə onun üzərinə balta atmış, o isə zərbədən yayınmağı bacarmış, lakin ikinci dəfə ona daş atmış, daş onun baş nahiyyəsinə dəymiş və o, xəsarət almışdır. Hazırda Şəxs şikayətçidir, sonuncu barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 hüquqlarını müdafiə etdiyi şəxsin özü də həyat yoldaşı ilə aralarında mübahisə yaranmasını etiraf edir. Nikahın pozulması üçün hələ məhkəməyə müraciət olunmamışdır, 2 azyaşlı uşaqlarının olduğunu və onların eyni mənzildə yaşadıqlarını bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldən peşman olmamasını bildirsə də, daxilində peşmançılıq hissi keçirir. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında olan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 29 noyabr 2024-cü il tarixli MN ******* nömrəli və 29 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində saat 23.45 radələrində və xx.xx.2024-cü il tarixində saat 23.00 radələrində yaşadıqları evdə həyat yoldaşı X3 döymüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti Sumqayıt ŞPİ 5-ci PB-yə təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi, eləcə də, gələcəkdə baş verə biləcək hər hansı bir hüquqazidd əməlin qarşısının alınması ilə bağlı olaraq həmin şəxsin qeydiyyata alınaraq nəzarətdə saxlanılması məqsədi ilə qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan 30 oktyabr 2024-cü il tarixli, 1867 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X1 məhkəmə-tibbi ekspertizasına əsasən sol saidin orta 1/3-nin ön-bayır səthində 5,2x4,7 sm ölçüdə, oval formalı konturları asanlıqla seçilən, qırmızımtıl-bənövşəyi rəngli qançır vardır. Sağ əlin 2-ci daraq sümüyünün arxa səthində 0,9x0,1 sm ölçüdə, sağ əlin 1-ci barmağının əsas falanqasının ovuc səthində, səthi zədələnməyən dəri səviyyəsindən yuxarıda olan qəhvəyımtıl-qırmızı rəngli qartmaqla örtülü sıyrıqlar vardır. İş materiallarında olan 25 noyabr 2024-cü il tarixli, 1988 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X1 məhkəmə-tibbi ekspertizasına əsasən alın nahiyyəsinin sol yarısında 4,0x4,5 sm ölçüdə, qırmızımtlıq göy rəngli, qeyri-müəyyən formalı qançır-şişkinlik vardır. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixində əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə şəxsin məsuliyyətdən azad edilməsi və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də, Şəxs barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal isə müəyyən edilmir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətaların xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli və inzibati həbsin əvvəli 28 noyabr 2024-cü il tarixdən saat 22.30-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 04 saata görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 28 noyabr 2024-cü il tarixdən saat 22.30-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2940/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2940/2024
29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver