Məhkəmə qərarları › İş №3(060)-2945/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2945/2022

28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2945/2022 28.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokol daxil olmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsinin 40-cı PB-nin MN ******* seriyalı, xx.xx.2020-ci il tarixli icra sənədini qanunla müəyyən edilmiş əsaslar olmadan Şəxs icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs bildirdi ki, o fərdi əməklə məşğul olur. O, Bakı şəhəri, Sulutəpə qəsəbəsində yaşayır, Yardımlı rayonunda qeydiyyatdadır, heç vaxt Sumqayıt şəhərində yaşamamış, kirayədə qalmamışdır. Həmin vaxt Sulutəpədə dükana gedən zaman sahə rəisi maşının yanında saxlamışdır, ondan ad-soyadını soruşmuşdur. O bunun səbəbini soruşduqda sahə rəisi bir nəfər şəxsin axtarışda olduğu üçün ad-soyadını soruşduğunu bildirmişdir. Onun barəsində qanunsuz olaraq protokol tərtib edilmişdir. Onun həmin vaxt maskası olmuşdur. Hissəhissə ödəniş edə bilər. Bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin dispozisiyasına əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarındakı sənədlərdən görünür ki, inzibati xətanı törədən şəxs Şəxs yaşayış yeri Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 29/18 göstərilsə də, Şəxs Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yaşayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, icra hərəkətlərinin hansı əsasla Sumqayıt şəhərində aparılması məlum deyildir, icra sənədində şəxsin ünvanının səhv göstərilməsi ola bilər, həmin sənəd icra üçün daxil olduqda aidiyyat məsələsi, icra sənədinin kim tərəfindən icra edilməli olması müəyyənləşdirilməli idi. Şəxsin icra sənədini icra etməməsi onun yaşadığı (qeydiyyatda olduğu) yerdə törədilən inzibati xətalara aiddir. Protokol tərtib etməzdən əvvəl icra işinin aidiyyatı ilə bağlı məsələlər yoxlanılmalı idi. Protokol və əlavə edilmiş sənədlər məhkəməyə daxil olduqda bu məlum olmamış, yalnız işə baxılmağa başlanarkən müəyyən olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, bu mərhələdə protokol və ona əlavə olunmuş sənədlərin geri qaytarılması daha məqsədəuyğundur. Çünki işdə olan natamamlığı məhkəmədə aradan qaldırmaq, qanuni və əsaslı qərar qəbul etmək mümkün deyildir. İcra hərəkətlərinin aidiyyatı məsələsi müəyyən olunmalı, aidiyyat qaydalarına əməl edildikdən sonra səlahiyyətli şəxs tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyatı üzrə məhkəməyə verilə bilər. Ona görə də, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-110, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar