Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2945/2025 20.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət verən Əliyev Elnur Eldar oğlunun iştirakı ilə, Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7620131 nömrəli inzibati tənbeh vermə haqqında qərardan Əliyev Elnur Eldar oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əliyev Elnur Eldar oğlu şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7620131 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində TP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında protokol tərtib olunmuşdur. Lakin, protokolda göstərilən qayda pozuntusunun baş verdiyini sübut edən heç bir foto, video və ya digər texniki vasitə ilə qeydə alınmış material təqdim olunmamışdır. Qərarı tərtib edən YPX əməkdaşı da ona hər hansı görüntü və ya sübut göstərməmişdir. Bu səbəbdən protokol yalnız əməkdaşın subyektiv müşahidəsinə əsaslanmış, faktiki sübutlar olmadan tərtib edilmişdir. İXM-nin tələblərinə əsasən, inzibati xəta haqqında protokol yalnız sübutlara əsaslanmalıdır. Hər hansı görüntü və ya madi sübut təqdim edilmədiyi üçün, barəsində tərtib olunmuş inzibati protokolun əsassız və qanunsuz hesab edilməsini istəyir. TP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında protokolun etibarsız hesab edilməsini, barəsində qanunusuz tərtib olunmuş inzibati məsuliyyətin ləğv olunma və hüquqlarının bərpasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Əliyev Elnur Eldar oğlu ərizəsinin mahiyyətinə uyğun çıxış edərək bildirmişdir ki, hadisə xx.xx.2025-ci il tarixdə günün ikinci yarısında 12-ci mikrorayon Araz marketin qarşısında baş vermişdir. Qeyd edir ki, Araz marketə gedərkən saxlanılmış, barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir. Lakin, polis əməkdaşı protokolu ona nişanın təsir dairəsində olmyan ərazidə yazmışdır. Ona inzibati tənbeh vermə haqqında protokolun tərtib edilməsi baədə SMS bildiriş göndərilmişdir. Lakin, protokolda göstərilən qayda pozuntusunun baş verdiyini sübut edən heç bir foto, video və ya digər texniki vasitə ilə qeydə alınmış material təqdim olunmamışdır. Qərarı tərtib edən YPX əməkdaşı da ona hər hansı görüntü və ya sübut göstərməmişdir. Bu səbəbdən protokol yalnız əməkdaşın subyektiv müşahidəsinə əsaslanmış, faktiki sübutlar olmadan tərtib edilmişdir. Giriş qadağandır nişanının ona aid olmayan yolda olması bildirmiş və barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş orqana, həmçinin inzibati xəta haqqında qərarı tərtib etmiş şəxsə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iştirakı təmin edilməmiş, məhkəmə qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə barədə xx.xx.2025-ci il tarixli TP7260131 nömrəli qərardan görünür ki, Əliyev Elnur Eldar oğlu Sumqayıt şəhəri, mikrorayon 12, Araz marketin yanında saat 21:38-də Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə “Giriş qadağandır” yol nişanının tələblərini pozmasına görə Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru tərəfindən tərəfindən inzibati məsuliyyətə cəlb olunmuş, barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını, şikayəti və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, inzibati tənbeh vermə qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Sumqayıt şəhər DYPŞ-yə göndərilməlidir. Belə ki, şikayət verən şəxs şikayətində və izahatında Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində “Araz market”in yanında Sumqayıt DYPŞ-nin əməkdaşı tərəfindən saxlanılaraq ona “Giriş qadağandır ” nişanının tələblərini pozmasını bildirmişdir. Lakin, həmin nişanın onun istifadə etdiyi yola aidiyyətinin olmadığını qeyd etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 3(060)2945/2025 nömrəli sorğusu ilə Sumqayıt ŞPİ-nin DYPŞ-yə xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olan inzibati icraat materiallarının (foto, video materialların və s) təqdim edilməsi və nümayəndənin, qərarından şikayət vermiş şəxsin məhkəmə iclasında iştirakının təmin edilməsi xahiş edilsə də, Sumqayıt DYPŞ-nin nümayəndəsi və qərarından şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş və inzibati icraat materialları (foto, videogörüntü və s.) məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, Əliyev Elnur Eldar oğlunun xx.xx.2025-ci il tarixdə saat 21:38-də Sumqayıt şəhəri, 12-ci mikrorayon, Araz marketin yanında “HYUNDAİ SANTA FE minik” markalı, **-FM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə İXM-nin 327.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan yol hərəkəti qaydasını pozması faktı araşdırılmadan, onun həmin ərazidə ““Giriş qadağandır” yol nişanının tələblərini pozması” faktı müəyyən edilmədən iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən halların müəyyən edilməsi üçün Əliyev Elnur Eldar oğlunun barəsində qəbul edilmiş Sumqayıt DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP7260131 nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Sumqayıt DYPŞ-yə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün mühüm faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Sumqayıt şəhər DYPŞ-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Əliyev Elnur Eldar oğlunun şikayəti qismən təmin olunsun. Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7620131 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt şəhər DYPŞ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2945/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2945/2025
20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver