Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2947/2024 10.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Yadigar qızının sədrliyi, X3 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs X5 iştirakı ilə, X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 24587146 saylı X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-in 10 noyabr 2024-cü il tarixli EQ 24587146 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən EQ 24587146 saylı Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 600 manat məbləğində cərimə edilmişdir Qərara əsasən X1 və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında- M-144.6 km, Sumqayıt şəhəri, H.Z.tağıyev, Quba istiqamətində hərəkətdə olmuşdur. Barəsində inzibati xəta haqqında qərar qəbul edimiş X8 inzbati xəta haqqında qərarın dəlilləri ilə razılaşmayaraq, Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 24587146 saylı Qərarın ləğv edilməsini və barəsində inzibati icaata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ24587146 saylı Qərarı ilə AR İXM-nın 353.2- ci maddəsinə əsasən barəsində inzibati tənbeh tətbiq edilmişdir. Qərarda qeyd edilmişdir ki, o, guya inzibati xəta törətmişdir. İnzibati tənbeh vermə haqqında qərarda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixində saat 08:35:15-də mən etibarnamə üzrə istifadəsində olan ** CP *** az dövlət qeydiyyat nişanlı Hyundai Yük markalı Beton Nasos tipli nəqliyyat vasitəsini Sumqayıt şəhəri, H.Z.Tağıyev, Quba İstiqamətində idarə edərkən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmışdır. ** CP *** az dövlət qeydiyyat nişanlı Hyundai Yük markalı Beton Nasos tipli nəqliyyat vasitəsi yük daşıyan maşın deyil beton vuran nasosodur. Maşının üzərində olan beton vuran nasos zavod üsulu ilə istehsal edildiyi ölkədə qoyulmuş və Azərbaycan Respublikasına gətirildiyində Dövlət Kömrük Komitəsində, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsində qeydiyyata alınmışdır. Hyundai Yük markalı Beton Nasos tipli maşın Xüsusi Təyinatlı maşınlar kataqoriyasına aiddir. Bundan əlavə Hyundai Yük markah Beton Nasos tipli avtomabil xüsusi təyinatlı olduğundan və yük daşımadığından DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş texniki pasportda avtomabilin maksimal kütləsi (F.l) və Yüksüz kütləsi (F.2) qrafalarında kütlə göstərilməmişdir. Çünki göstərilən avtomabil yük daşıyan deyildir ki,yük daşıma qaydalarını da pozmur. 77 СР 360 az dövlət qeydiyyat nişanlı Hyundai Yük markalı Beton Nasos tipli nəqliyyat vasitəsinin çəkilməsi və protokol tərtib olunan zaman Qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini və mübahisələndirilən DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ24587146 saylı “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron Qərarı ləğv edilməsini və barəsində inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X8 bildirdi ki, Quba rayonu istiqamətinə gedərkən avtomobili elektron tərəzi vasitəsi ilə çəkilmiş və 28 ton 440 kq çəki olması müəyyən edilmişdir. Bu avtomobil də xüsusi avtomobil olduğundan yük daşıma qabiliyyəti yoxdur. Zavod istehsalı necədirsə, o cür də istismar olunur. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində avtomobil yük avtomobili kimi qeydiyyatdan keçsə də yük avtomobili deyildir. Məhkəmədən şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı dinləyib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-in 10 noyabr 2024-cü il tarixli EQ 24587146 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, EQ 24587146 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 600 (altı yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. - Azərbaycan Respublikası DİN Baş Dövlət yol Polis İdarəsi tərəfindən kamera vasitəsilə qeydə alınmış fotoşəkildən müəyyən olunur ki, Hyundai Yük markalı, 77CP360 qeydiyyat nişanlı avtomobil maksimum kütlənin 26000 kq olmasına baxmayaraq, qeyd olunan normanı keçmiş, 28440 kq çəki ilə ümumi istifadədə olan avtomobil yolunda avtomobili idarə etmişdir. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 77CP360 qeydiyyat nişanlı avtomobilin markası Hyundai Yük markası adı ilə qeydiyyatdan keçirilmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının: - 3.1-ci bəndinə əsasən İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə dair xüsusi icazəni almaq üçün həmin nəqliyyat vasitələrinin sahibləri (istifadəçiləri) tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müvafiq sənədlər təqdim olunmaqla icazə alınmalıdır. - 4.1. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. - 4.2. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. - 4.4. Bu Qaydanın pozulması hallarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən pozuntuya yol vermiş hüquqi və ya fiziki şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməklə, tədbirlər görülür. - 4.7. Xüsusi icazə olmadan iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə görə və ya bu Qaydanın digər tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Beləliklə işin təsvir edilmiş hallarından görünür ki, X8 etibarnamə əsasında qeyd olunan nəqliyyat vasitəsini idarə edən şəxsdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələbləri pozulduğundan, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 600 manat məbləğində cərimə olunmasına dair xx.xx.2024cü il tarixli elektron qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərinidaşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 2.1-ci maddəsinə görə Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 13-cü maddəsinə görə İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. - 21-ci maddəsinə görə İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 353.2-ci maddəsinə əsasən “İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görəhttps://e-qanun.az/framework/46960 - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanununun 36-ci maddəsinin İ hissəsinin 1-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər.” Həmin Qanunun 57-ci maddəsinin İ hissəsinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Məhkəmə şikayət verən X6 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 353.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə saat 08:35-də Sumqayıt şəhəri, H.Z.Tağıyev, Quba istiqamətində “Hyundai yük” markalı, **-CP- *** dövlət qeydiyyat nişanlı avtomobilin çəkisi icazə verilən çəkidən artıq, yəni 28440 kq olmuş (limit 26000 kq), şikayət vermiş şəxs öz şikayətini “Hyundai yük” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük avtomobili deyil, xüsusi təyinatlı avtomobil olması ilə əsaslandırsa da, bunu təsdiq edəcək sübut təqdim etməmiş, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində də avtomobilin “yük” markalı olması qeyd olunmuş, qeyd olunan hal şikayət vermiş şəxs tərəfindən də təsdiq edilmişdir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 24587146 saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və X5 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X8 tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 24587146 saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: -128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər - 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən X8 barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 24587146 saylı Qərar qanuni hesab edilsin və dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-2947/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2947/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver