Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2948/2021 31.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsi 2-ci Pİ-nin sahə rəisi, polis baş leytenantı X4, Zərərçəkmiş şəxs - X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1996-cı il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ş.Qurbanov küçəsi, ev 2A, mənzil 4-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 31.08.2021-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 14.08.2021-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ş.Qurbanov küçəsi, ev 2A, mənzil 4-də yaşayan həyat yoldaşı X5 döymüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə təqsirləndirilməsinə dair toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X8 izahat verərək bildirdi ki, 23 avqust 2021-ci il tarixdə Sumqayıt şəhər Pİ 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən 14.08.2021-ci il tarixli HK-1/624 saylı yoxlama materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərara əsasən Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi Sumqayıt ŞPİ-nin 2-ci PB-nə həvalə edilmişdir. Belə ki Şəxs 14.08.2021-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ş.Qurbanov küçəsi, ev 2A, mənzil 4-də yaşayan həyat yoldaşı X5 döymüşdür. Buna görə də Şəxs barəsində həmin faktla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 31.08.2021-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, X7 onun doğma xalası qızı, həm də həyat yoldaşıdır. 2019-cu il tarixdə birgə razılıqları ilə ailə həyatı qurmuşlar və bir azyaşlı övladları vardır. 14.08.2021ci il tarixdə yaşadıqları Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ş.Qurbanov küçəsi, ev 2A, mənzil 4-də həyat yoldaşı Səmədova Sevdanı döymüşdür. Belə ki həyətdə siqaret çəkən zaman anası və həyat yoldaşı arasında mübahisə yaranmış, o da səs-küyə getmişdir. Sevda anasına nalayiq ifadələr işlətmiş, buna görə də əsəbləşib ona otağa keçməsini demiş, hər ikisini sakitləşdirməyə çalışmış, Sevda isə sakitləşmədiyi üçün səbri çatmadığından əli ilə onun kürəyinə və başına bir neçə dəfə şillə ilə vurmuşdur. Hazırda həyat yoldaşı ilə barışmışlar. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında inzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxs X7 izahat verərək bildirdi ki, baş vermiş mübahisə zəminində həyat yoldaşı Şəxs tərəfindən onun kürəyinə və başına bir neçə dəfə şillə ilə zərbə yetirilmişdir. Hazırda həyat yoldaşı Şəxs ilə barışmışdır. Odur ki, onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq sonuncunun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq və barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını və müdafiəçinin çıxışını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları və özünün etirafedici izahatı ilə sübuta yetirilir. İnzibati xətaya dair işin materiallardan görünür ki, Sumqayıt şəhər MTE və PA Birliyinin təqdim etdiyi 16.08.2021-ci il tarixli 1053 saylı rəydən müəyyən olmuşdur ki, vət. X3 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində aşkar edilən - sol bazunun, kürəkarası nahiyyənin, sağ budun, sol baldırın qançırları, burun nahiyyəsinin sıyrıqlarından ibarət xəsarətlər qərarın təsviri hissəsində göstərilmiş şəraitdə və tarixdə, yəni 11.08.2021ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir və həmin xəsarətlərin vət. X3 özü-özünə yetirməsi az inandırıcıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X3 məhkəmə iclas zalında təqdim etdikləri ərizələrindən görünür ki, Şəxs zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən həmin Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 05 saat hüquqi yardıma görə cəmi 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2948/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2948/2021
31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver