Məhkəmə qərarları › İş №3(060)-2948/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2948/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2948/2024 20.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, X1 iştirakı ilə, Qubadlı rayon Polis Şöbəsinin DYPB-nin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, Qubadlı rayonu PŞ-nin X8 Bölməsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Sülh ilə N.Nərimanov küçəsinin kəsişməsində yol ayrıcında düz sağa nişanı quraşdırılmışdır. O, işıqforun yaşıl işığında hərəkətə başlamış və nişanın tələbini pozaraq sola dönmüşdür. Hesab edir ki, barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə tətbiq edilməli idi. Lakin Qubadlı rayon Polis Şöbəsinin DYPB-nin polis mayoru X3 tərəfindən ona İXM-nin 327.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə, 3 bal tətbiq edilmişdir. Qeyd etmişdir ki, öncədən də sürücülük vəsiqəsində 17 bal olduğundan İXM 327.2-ci maddəsinə görə sürücülük hüququ məhdudlaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Qubadlı rayon Polis Şöbəsinin DYPB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Qubadlı rayon Polis Şöbəsinin DYPB-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası DİN Qubadlı rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2024-cü il tarixli elektron inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 16:20-də Sumqayıt şəhəri Sülh N.Nərimanov küçəsinin kəsişməsində “Kia Rio” minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmiş və yol nişanının tələbinə riayət etməmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.1 və 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 6 ay müddətində məhdudlaşdırma tənbeh növü tətbiq edilmişdir. Qubadlı RPŞ-nin DYPB-nin inspektoru tərəfindən təqdim edilmiş video görüntülərə və səs yazılarına məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər və səs yazıları YPX avtomobilində qeydə alınmışdır. Görüntülərə əsasən “Kia Rio” minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmiş və yol nişanının tələbinə riayət etməməsi müşahidə edilir. Bundan sonra sonra həmin avtomobil YPB inspektoru tərəfindən saxlanılır. Səs yazılarına əsasən YPB inspektoru sürücüyə yol verdiyi qayda pzountusunu və məsuliyyətini izah edir. Lakin, həmin vaxt sürücü tərəfindən hər hansı etiraz olmur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, sürücü X4 xx.xx.2024-cü il tarixdə saat 16:20-də Sumqayıt şəhəri Sülh N.Nərimanov küçəsinin kəsişməsində “Kia Rio” minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmiş və yol nişanının tələbinə riayət etməmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.1 və 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 6 ay müddətində məhdudlaşdırma tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında şikayətçi hadisə yerində YPX inspektoruna etiraz etdiyini bildirsə də, səs yazılarına əsasən yalnız YPX inspektoru sürücüyə yol verdiyi qayda pozuntusunu və məsuliyyətini izah etməsi müəyyən edilir. Həmin vaxt yol verilmiş inzibati xəta ilə bağlı sürücünün isə hər hansı etirazının olması öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassızdır, Qubadlı rayon Polis Şöbəsinin DYPB-nin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı isə qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Qubadlı rayon Polis Şöbəsinin DYPB-nin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Qubadlı rayon Polis Şöbəsinin DYPB-nin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar