Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2949/2024 03.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixində saat 15.20 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” Ticarət Mərkəzində 65 saylı qadın geyim mağazasından bir ədəd şərf, bir ədəd köynək oğurlamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ 4-cü PB-nin polis sahə rəisi Ramil Hüseynov öz izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixində X2 ərizə ilə Sumqayıt ŞPİ 4-cü PB-yə müraciət edərək “Karvan” Ticarət Mərkəzində işlədiyi mağazadan oğurluq olunması barədə məlumat vermişdir. Mağazada olan kamera görüntülərinə baxılmış, həmin şəxs müəyyən olunmuş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəxs Bölməyə təmin olunmuş, bölmənin təhqiqatçısı tərəfindən araşdırma aparılmış, oğurluq əməlini törətmiş Şəxs barəsində cinayət işinin başlanılmasının rədd olunması haqqında qərar qəbul edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində tədbir görülməsi üçün qərar ona göndərilmiş, həmin qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Göstərilən halları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati tənbeh tətbiq edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, “Karvan” Ticarət Mərkəzinə gəlmiş, Arzu xanımı işlədiyi mağazaya daxil olmuş, mağazada olan mallara baxdıqdan sonra mağazadan bir şərf və bir köynək götürərək mağazadan çıxmışdır. Etdiyi əməl mağazanın kamerasına düşmüş və Arzu xanım bu barədə PB-yə şikayət etmişdir. Əlavə olaraq bildirir ki, mağazaya müştəri qismində daxil olmuş və Arzu xanımı əvvəllər tanımamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, vurulmuş ziyanı tam ödəmişdir, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilən halları və himayəsində üç azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 bildirmişdir ki, “Karvan” Ticarət Mərkəzində işlədiyi mağazada olan zaman bir nəfər mağazaya daxil olmuş, mallara baxmış, onun başı qarışıq olduğu üçün həmin şəxsə fikir verməmiş, həmin şəxs mağazadan çıxdıqdan sonra mağazaya təzə gətirdiyi malın yerində olmadığını görmüş, mağazada olan kameraya baxdıqda oğurluq edilməsini müşahidə etmiş və bu barədə PB-yə ərizə ilə müraciət etmişdir. Onlar da oğurluq etmiş şəxsi müəyyən etmişlər. Ona vurulmuş ziyan Şəxs tərəfindən ödənilmişdir, sonuncu ilə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Göstərilən halları nəzərə alaraq, Şəxs barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bununla bağlı müvafiq ərizəsini də məhkəməyə təqdim etmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, faktda xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan Şəxs barəsində inzibati təsir tədbirinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti Sumqayıt ŞPİ 4-cü PB-yə göndərilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə zərərçəkmiş şəxs barışmış, vurulmuş ziyan tam ödənilmiş, zərərçəkmiş şəxsin hazırda Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351- 1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs ilə barışdığı və ona vurduğu ziyanı tam ödədiyi üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 43, 48-51, 114-117 və 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2949/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2949/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver