Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2949/2025 27.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Şikayət verən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ31212975 nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ31212975 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X2 ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi AYNA tərəfindən Bakı-Saray- Sumqayıt Marşrut hərəkət sxemi olduğu halda Bakı-Quba yolu 12-ci km yolunda hərəkət edərkən xx.xx.2025-ci il tarixli EQ31212975 nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. İnzibati tənbeh vermə haqqında qərar ona rəsmi göndərilmədiyi üçün şəxsən Sumqayıt şəhər DYP-yə müraciət edib, xx.xx.2025-ci il tarixində əldə etmişdir. Qəbul olunmuş qərarla qətiyyən razı deyildir və aşağıdakılara görə onun barəsində tərtib olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, İXM-nin 327.1-1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə - 100 manat məbləğində cərimə edilir. Eyni zamanda Yol Hərəkəti haqqında qanun 1-ci maddəsinin 44-cü bəndində qeyd olunub ki, ümumi istifadədə olan nəqliyyat vasitəsi sərnişin daşınması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir (avtobus, trolleybus, tramvay); Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalara dair xx.xx.2024-cü il tarixdə SDV19314 nömrəli buraxlış vərəqəsində (fərqlənmə nişanında) qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixindən xx.xx.2031-ci il tarixinədək Hundai County AVTOBUS markalı **-EM-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə sərnişin daşınmanı həyata keçirə bilər. Bu o deməkdir ki, Yol Hərəkəti haqqında qanun 1-ci maddəsinin 44-cü bəndinə istinad edərək, İXM-nin 327.1-1-ci maddəsinə əsasən mən 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş yollarda da hərəkət edə bilər. Odur ki, qeyd olunanlara əsasən onun barəsində tərtib olunmuş protokol və qərarda istinad edilən Qanun normasını pozmamışdır. Bu da ona deməyə əsas verir ki, əməlində inzibati xətanın tərkibi yoxdursa barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmədən 10 oktyabr 2025-ci il tarixli EQ 31212975 nömrəli qərarı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində olan qərar üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 cərimələrin silindiyini bildirmiş və şikayətin baxılmadan ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə proses iştirakçısının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə şikayətçi X1 inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasına dair ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət ona əlavə olunmuş sənədlərlə birgə baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ31212975 nömrəli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2949/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2949/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver