Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-295/2023 31.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Cəlil Qəhrəmanovun, Zərərçəkmiş şəxs X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştiraklarıı ilə, xx.xx.1980-ci ildə Ağdam ray., doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 49-cu məhəllə, ev 171a ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində Sumqayıt şəhəri 49-cu məhəllədə həyət evində X1 təhqir edərək xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs AR İXMnin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Cəlil Qəhrəmanov tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, yaşadığı evin həyətində avtomaşın oturacaqlarının yığılması və üzlənməsi ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə tanışı Sönməz özünə məxsus «Dayvo Nexia» markalı, **-SO-*** d/q/n-lı avtomaşını oturacaqların yığılması, üzlənməsi və digər təmir işlərinin görülməsi üçün onun yaşadığı ünvana gətirmişdir. Sönməz bu işlərin görülməsi üçün ona 250 manat pul vermiş, o da həmin işlərin hamısını görsə də, avtomaşının arxa şüşəsinin plyonkasını və salonun səsboğucusunu düzəldə bilməmişdir. Avtomaşını 2022-ci ilin oktyabr ayının əvvəllərində Sönməzə təhvil vermişdir. İşləri çox olduğu üçün, həmçinin Sönməz onun sinif yoldaşı olduğu üçün yarımçıq qalan işləri ona ərk edərək gecikdirmişdir. xx.xx.2022-ci il tarixdə günorta vaxtı Sönməz onun yaşadığı ünvana gəlmiş, ona xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində gəlib 40 manat pulunu götürməsini demişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 16:00 radələrində Sönməz yaşadığı ünvana gələrək pulunu istəmişdir. Ona saat 18:00-dan sonra gəlməsini bildirmiş, Sönməz də avtomaşınında əyləşib gözləyəcəyini demişdir. Təxminən saat 16:30 radələrində Sönməzin avtomaşınında musiqiyə yüksək səs verərək qulaq asdığını eşidib, ona yaxınlaşaraq emalatxananın qarşısı olduğunu deyib, musiqinin səsini azaltmasını istəmişdir. Sönməz buna əməl etmədiyi üçün aralarında mübahisə yaranmış, o da maqnitafonun səsini azaltmaq istədikdə, maqintafonun səsini nizamlayan düymə yerindən çıxmışdır. Sönməz onu paltarından tutaraq salondan çölə çıxartmış, o da onun köynəyinin yaxasından tutmuş və dartışmağa başlamışlar. O, etdiyi əməldən peşmandır, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, xx.xx.2022-ci il tarixdə özünə məxsus «Dayvo Nexia» markalı, **-SO-*** d/q/n-lı avtomaşını oturacaqların yığılması, üzlənməsi və digər təmir işlərinin görülməsi üçün Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində öz yaşadığı evin həyətində usta kimi işləyən Rövşən adlı şəxsə vermişdir. Bu işlərin görülməsi üçün Rövşənə 305 manat pul vermiş və Rövşən 3 gün müddətinə işləri yekunlaşdıracağını bildirsə də, hər dəfə bir bəhanə ilə işi uzatmışdır. Sonda 2022-ci ilin oktyabr ayının əvvəllərində Rövşən avtomobili ona təhvil vermişdir. Rövşən avtomaşının oturacaqlarını üzləsə də, salonun səsboğucusunu və arxa şüşənin plyonkasını vurmamışdır. Həmin işləri də sonradan görəcəyini bildirsə də görməmişdir. xx.xx.2022-ci il tarixdə günorta vaxtı Rövşənin yaşadığı ünvana getmiş, sonuncu xx.xx.2022-ci il tarixdə ya işi görəcəyini, ya da 70 manat pulunu qaytaracağını bildirmişdir. Buna görə də xx.xx.2022-ci il tarixdə təxminən saat 16:00 radələrində Rövşənin yaşadığı ünvana getmiş, Rövşən yenə sabah pul verəcəyini bildirsə də onun yaşadığı evin qarşısında öz maşınında əyləşib, pulunu verənə kimi gözləyəcəyini demişdir. Rövşən harasa çıxıb getmiş, o isə öz maşınında əyləşərək maqnitafona qulaq asmışdır. Təxminən saat 16:30 radələrində Rövşən onun yanına gəlib, nə üçün onun emalatxanasının qarşısında maqnitafona qulaq asdığını deyib, nalayiq söyüşlərlə onu söyüb, avtomaşının açıq qapısından əlini içəri salıb, maqintafonun səs ucaldıcısını dartıb qırmışdır. Sonra Rövşən əli ilə onun yaxasından tutub, yumruqla onun sifətinin sağ tərəfindən vurmuşdur. Buna görə də DİN-in «102» Xidmətinə müraciət etmişdir. Onu da qeyd etmişdir ki, münaqişə təxminən 5 dəqiqə davam etmiş, kənar şəxslərdən ora gələn olmamış və ona məxsus «Pioneer» markalı maqnitafonun səs ucaldıcı düyməsinin sınması nəticəsində ona 30 manat dəyərində maddi ziyan dəymişdir. X5 Şəxs ümumilikdə 100 manat dəymiş ziyanı tələb edir əks təqdirdə məhkəmədən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, aparılmış yoxlamanın nəticəsi üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamış, məsuliyyətini yüngülləşdirən hal əməlindən peşman olmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-295/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-295/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver