Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2950/2021 31.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4, X1, Onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 31.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarından müəyyən olunur ki, Şəxs 03.08.2021-ci il tarixdə X5 Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi ev 72 ərazisində keçmiş həyat yoldaşı Şəxs tərəfindən döyülmüşdür. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. X1 müdafiəçisi X7 məhkəmə iclasında vəsatət təqdim edərək bildirdi ki, A.Əlirzayeva özünün döyülməsi və xəsarət alması barədə Polis İdarəsinə şikayət vermişdir. Onun sözlərinə görə keçmiş əri Şəxs tərəfindən döyülmüşdür. A.Əlirzayevin şikayət ərizəsi üzrə tədqiqatçı 23.08.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Bu qərardan şikayət vermək niyyətində olduğundan hazırki iş geri qaytarılaraq inzibati xəta haqqında icraata xitam edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material geri qaytarılmalıdır. Belə ki, İXM-nin 61.1.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüququdur. Ancaq həmin maddənin tələbləri pozulmuş və zərərçəkmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar” ilə tanış olmamışdır. Ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinə geri qaytarılmalıdır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüququdur. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmə məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ilə tanış olduğunu təsdiq edəcək heç bir mötəbər sübut omadığından daxil olmuş materiallar natamamdır. Protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinə geri qaytarılsın. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2950/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2950/2021
31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver