Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2950/2025 27.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi ilə, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, DİN BDYPİ-nin X5 tərəfindən qəbul edilmiş EQ 31334538 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli EQ 31334538 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədləri, həmçinin şikayətçinin məhkəmə iclasında verdiyi izahat nəzərə alınaraq geri qaytarılmalıdır. İş materialında olan DİN BDYPİ-nin X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31334538 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100,00 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X4 bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərarla ona tətbiq edilmiş cərimə işlədiyi hüquqi şəxsin müraciəti ilə DİN BDYPİ-də silinmişdir. Buna görə də şikayət ərizəsini geri qaytarılmasını xahiş edir. Bununla da, qərardan şikayət vermiş şəxs X1 xx.xx.2025-ci il tarixli EQ 31334538 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsini geri çəkməsi və həmin qərardan şikayətinin olmaması səbəbi ilə şikayət ərizəsi və ona əlavə olunmuş materiallar geri qaytarılmalıdır. X2 DİN BDYPİ-nin X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31334538 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi və ona əlavə olunmuş materiallar geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, 126.1 və 132-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X1 barəsində olan DİN BDYPİ-nin X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31334538 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair verdiyi şikayət və ona əlavə edilmiş sənədlər X3 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2950/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2950/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver