Məhkəmə qərarları › İş №3(060)-2957/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2957/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2957/2025 14.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisləri X12 və X6, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, X21 və X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx.xx.1991-ci ildə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli və xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində özünü su idarəsinin işçisi kimi təqdim edərək vətəndaş Zərərçəkmiş şəxs su sayğacının təmiri məqsədi ilə 150 manat pul alaraq dələduzluq edərək xırda talama törətmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə X9 qarşı dələduzluq edəək 150 manat ələ keçirmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə özünü su idarəsinin işçisi kimi təqdim edərək vətəndaş X3 sayğacının təmiri üçün 200 manat pul alaraq dələduzluq edərək xırda talama törətmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində Sumqayıt şəhər 1-ci mikrorayon ərazisində X14 150 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X12 tərtib etdiyi protokollara uyğun izahat verərək bildirdi ki, Şəxs özünü su idarəsinin işçisi kimi təqdim edərək 18 və xx.xx.2025-ci il tarixlərində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X3 sayğacının təmiri məqsədi ilə Zərərçəkmiş şəxs 150 manat, Cəfər Qaçayevdən 200 manat pul alaraq onlara qarşı xırda xuliqanlıq etmişdir. Nəticədə Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X15 tərtib etdiyi protokollara uyğun izahat verərək bildirdi ki, Şəxs özünü su idarəsinin işçisi kimi təqdim edərək 19 və xx.xx.2025-ci il tarixlərində zərərçəkmiş şəxslər X13 və X1 sayğacının təmiri məqsədi ilə hər birindən 150 manat pul alaraq onlara qarşı xırda xuliqanlıq etmişdir. Nəticədə Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixində yaşadığı ərazidə əczaçılıqdan gələn zaman bir nəfər şəxs ona yaxınlaşıb, özünü su idarəsinin əməkdaşı kimi təqdim edərək mənzilinə aid su sayğacına baxış keçirdiyini və sayğacın dəyişdirilməli olduğunu bildirmişdir. Bunun üçün Bakı şəhəri, 20 yanvar ərazisində yerləşən "xxxx" ASC-yə getməli olduğunu bildirmişdir. O, yaşlı olduğunu, ora getməyəcəyini bildirmiş, bunun üçün ona kömək etməsini xahiş etmişdir. Həmin şəxs ona kömək edəcəyini, özünü Orxan kimi təqdim edərək istifadəsində olan mobil nömrəsini vermiş və sayğacın dəyişdirilməsi üçün 150 manat pul verməli olduğunu bildirmişdir. O, da həmin şəxsə dərman üçün saxladığı pulu vermiş və yaşadığı mənzilə gedərək sayğacın gəlib dəyişdirilməsini gözləmişdir. Bir neçə saat keçdikdən sonra verilən mobil nömrəyə zəng etsə də, zəng çatmamış və aldadıldığını başa düşmüşdür. Hazırda ona dəymiş maddi zərər ödənilməmiş və şikayətçidir. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər X21 və X16 eyni məzmunlu izahat verərək, onlara dəymiş maddi zərərin ödənilmədiyini və şikayətçi olduqlarını bildirərək inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, 2024-cü ildə 4 ay Gəncə Sukanal İdarəsində çalışıb sonradan işdən çıxmışdır. 2025-ci ilin oktyabr ayının dəqiq xatırlamadığı günündə Sumqayıt şəhəri ərazisində təsadüfən seçdiyi mənzillərə yaxınlaşaraq özünü Sumqayıt Sukanal İdarəsinin əməkdaşı kimi təqdim edərək su sayğaclarının xarab olduğunu bildirib Bakıya gedib dəyişdirilməli olduğunu bildirmişdir. Həmin şəxslər yaşlı olduğundan Bakıya getmək istəmədiyini bildirib ondan kömək istəmişlər. O, həmin şəxslərdən sayğacın dəyişdirilməsi üçün hər birindən 150-200 manat məbləğində pul almışdır. O, ünvanları təsadüfən seçirdi. Bildirir ki, həmin ərəfədə maddi vəziyyəti pis olduğundan belə bir addım atmağa məcbur olmuşdur. Törətdiyi əməldən peşmançılıq hissi keçirir. Gələcəkdə bir daha belə hallara yol verməyəcəkdir. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X2 Rəfail Məhərrəm oğlunun əməlindən peşman olduğunu nəzərə alaraq barəsində həbslə bağlı olmayan yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan HK-1/3719, HK-1/3720, HK-1/3474 və HK-1/3466 saylı yoxlama materialları üzrə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, faktda xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan təqsirkar şəxsin müəyyən edilib barəsində inzibati təsir tədbirinin görülməsindən ötrü qəbul olunmuş qəarın surəti aidiyyəti üzrə verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə hərtərəfli araşdırma apardı və müəyyən etdi ki, inzibati xəta haqqında protokolda göstərilənlər işin hallarına uyğundur. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə həmçinin hesab edir ki, vəkil X11 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 55 (əlli beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "İnzibati qaydada tutma haqqında" xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:00-da tutulmuşdur və bu nəzərə alınaraq inzibati həbsin əvvəli həmin tarixdən hesablanmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli onun faktiki olaraq tutulduğu xx.xx.2025-ci il tarixdən, saat 21:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil X17 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 55 (əlli beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar