Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2958/2022 18.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar)-Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsində kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs 4830+652,48 manat pulu üzrsüz səbəbdən ödəmir, icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 məhkəməyə bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11638/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən cavadeh Şəxs 4800 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin Şəxs tərəfindən üzrsüz səbəbdən məhkəmə qərarı icra edilmir, o yayınır, icra məmurunun tələblərinə də əməl etmir. İndiyədək icra vərəqəsi üzrə borc 600 manat ödəniş etmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11638/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə ondan 4830 manat məbləğində pul vəsaitinin və dövlət rüsumunun tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixədək 600 manat ödəniş etmişdir. Daha sonra barəsində cinayət işi açıldığından və Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən işdən çıxarılmış və ödəniş edə bilməmişdir. Barəsində cəza tətbiq edilənə qədər “Sirab”da işlədiyi üçün ödəniş edə bilmişdir. Bugün taksi şirkətində sürücü kimi işə düzəlmişdir, 600 manat maaş alır. Halhazırda tələbkara 1000 manat ödəniş etmişdir. Adına heç bir əmlakı yoxdur, kirayə yaşayır. Aybaay ödəniş edə bilər. Əməlindən peşmandır. Buna görə də barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs bildirdi ki, əvvəl də inzibati xəta haqqında iş üzrə icraat zamanı borcunu ödəməyə söz versə də, ödəniş etməkdən yayınmışdır. Arvadı həmin vaxt 200 manat pul vermişdir. 2019-cu ildə öz əli ilə yazmışdır ki, hər ay 300 manat pul ödəyəcəkdir. O vaxtdan heç bir ödəniş etməmişdir. xx.xx.2022-ci il tarixdə 1000 manat ödəniş etmişdir. Borcun tam həcmdə ödənilməsini, əks halda tənbeh verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi qəbzdən görünür ki, Şəxs ona olan 5632 manat borcdan 1000 manat ödəmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11638/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 4800 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-783/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən ərizəçi Zərərçəkmiş şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-11638/2017 saylı icra vərəqəsi ilə ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəsi təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-11638/2017 saylı icra vərəqəsi üzrə Zərərçəkmiş şəxs verilməli olan 4830 manat indeksasiya edilməklə 652,48 manat həcmində icra edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(060)-304/2019 saylı hökmünə əsasən Şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları, işin hallarını, borclunun davranışını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədindən məlumatı olsa da vaxtlı-vaxtında ödəniş etməmiş, həmçinin icra məmurunun tələblərinə də əməl etməmiş, xx.xx.2022-ci il tarixdə 1000 manat ödəsə də, hazırda ödənilməmiş borcu qalmışdır. Məhkəmə hesab edir ki, icra sənədi icra olunmalı, borc ödənilməlidir. Borclunun borcun ödənilməsi üçün cəhd etməsi, borcun ödənilməməsinin onun təqsiri ucbatından baş verməməsi barədə heç bir sübut yoxdur. Borclunun inzibati xəta haqqında icraat zamanı 1000 manat ödəniş etməsi sübut edir ki, borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2958/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2958/2022
18.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver