Məhkəmə qərarları › İş №3(060)-296/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-296/2023

27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-296/2023 27.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru, polis sıravisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1 maddələri ilə inzibati xəta haqqında İXP seriyalı ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi ilə hərəkətdə olan zaman işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə saxlanılmış və yoxlama zamanı alkoqol sərxoşluğu vəziyyətində olduğu aşkarlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən 333.1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan həmin maddə üzrə işə baxılmalıdır. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X4 tərəfindən göndərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı ******* №-li protokol Sumqayıt Şəhər Məhkəməsinin icraatına götürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərdi ki, ona məxsus olan “Opel Astra” markalı **- GJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Sumqayıt şəhər ərazisində xəstəxanaya gedən zaman Sülh küçəsində təxminən saat 11-ə qalmış radələrində polis əməkdaşları onu əsassız olaraq saxlamışlar. Polis əməkdaşları ondan spirt qoxusunun gəldiyini bildirib, öz avto patrul maşınlarına dəvət etmişlər. O, polis əməkdaşlarına alın nahiyəsində yaraları olduğuna görə oraya spirt vurduğunu və qoxunun da ona görə gəldiyini bildirmişdir. Həmin vaxt onun maşınında atası və anası olmuşdur. O, polis əməkdaşlarına həyəcanlı olduğunu, babasının xəstəxanada olduğunu, anasının da xəstə olduğunu bildirib, babasını xəstəxanadan çıxartdıqdan sonra istənilən yerə gedə biləcəyini söyləsə də, polis əməkdaşları ona narahat olmamasını bildirmiş, yol patrul xidməti inspektorunun göstərişi ilə xüsusi texniki vasitənin köməyi ilə sərxoşluq vəziyyəti müəyyən edilmiş, bu barədə “Sərxoşluq vəziyyətinin müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında” 04899 saylı protokol tərtib edilmişdir. Həyəcanlı olduğundan protokolda həkim müayinəsinə ehtiyac olmadığını, alkotesterla razı olduğunu qeyd etmişdir. Lakin sonradan polis əməkdaşlarının onu aldatdığını və duracağa apardıqlarını gördükdən sonra atasına olanlar barədə hər şeyi demişdir. Atası ilə birlikdə Bakıda yerləşən “Respublika Narkoloji Mərkəzində” müayinədən keçmişdir. Onun atası ilə birlikdə Bakıya getməsinə səbəb isə Sumqayıtda yerləşən narkoloji mərkəzə inanmaması olmuşdur. Hazırda o, müalicə alır və ona görə də spirtli içki qəbul etmir. Barəsində tərtib olunmuş, inzibati xəta haqqında protokolda onun 09:26 radələrində saxlanıldığı qeyd olunmuşdur. Halbuki onu həmin gün 09:30-da deyil, səhər saat 11-ə qalmış saxlamışlar. Həmçinin Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru, polis sıravisi X1 onun barəsində tərtib etdiyi İXP seriyalı ******* №-li protokola içkili olmadığı barədə qeydi xx.xx.2022-ci il tarixdə yazdığını bildirdi. Yuxarıda göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Protokolu tərtib edən Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru, polis sıravisi X2 göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özü izahat yazıb və imzası ilə təsdiq etmişdir. Şəxs alkotester vasitəsi ilə yoxlanılmış, hətta ona həkim müayinəsindən keçməyi də təklif olunmuş, lakin o, müayinəyə ehtiyacı olmadığını bildirdi. İnzibati xəta haqqında protokol bort komputer vasitəsi ilə tərtib olunur və protokola düzəliş etmək mümkün deyildir. xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* №-li protokola düzəliş edilməsindən xəbəri olmadığını bildirdi. Həmçinin Şəxs bir-birini təkzib edən eyni tarixli izahatların verilməsi ilə əlaqədar sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə göndərmədiyini, alkotester vasitəsilə sərxoşluğun müəyyən edilməsi ilə kifayətləndiyini qeyd etmişdir. Protokolu müdafiə etdiyini bildirərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarından olan xx.xx.2022-ci il tarixli akotester qəbzindən müəyyən olunur ki, Şəxs (saat 09:26 radələrində) müayinə vaxtı aşkar edilmiş alkoqolun miqdarı 0.345 %dir. İş materiallarında olan Respublika Narkoloji Mərkəsi tərəfindən verilmiş 2/33292 nömrəli, xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs (saat 13:15 radələrində) alkoqol sərxoşluğu olmamışdır. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında işüzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1 maddələri ilə inzibati xəta haqqında İXP seriyalı ******* №-li protokola xitam verilməlidir. Belə ki, eyni polis nəfəri tərəfindən, eyni vaxt göstərilmiş protokollarda Şəxs bir-birini təkzib edən yazılı izahatları alınmış, protokolda çap formada olan “23” rəqəmi diyircəkli rəqəmlə “22” rəqəmi kimi düzəliş edilmiş, xx.xx.2022-ci il tarixli akotester qəbzində Şəxs müayinə zamanı, yəni 09:26 radələrində aşkar edilmiş alkoqolun miqdarı 0.345 % göstərilsə də, protokolda Şəxs 09:30 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində saxlanıldığı qeyd edilmişdir. Həmçinin alkotester müayinəsi zamanı Şəxs aşkar edilmiş alkoqolun miqdarı 0.345 % olduğu göstərilsə də, həmin tarixli Respublika Narkoloji Mərkəsi tərəfindən verilmiş 2/33292 nömrəli, xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunda Şəxs alkoqol sərxoşluğunun olmadığı göstərilmişdir. İş materiallarında olan sübutlar arasında ziddiyətlər olduğundan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi sübuta yetirilmir. Eyni zamanda İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bununla əlaqədar inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü madəsində nəzərdə tutlmuş hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2 və 114.2.1-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar