Məhkəmə qərarları › İş №3(060)-2961/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2961/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2961/2023 29.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin inzibati xəta haqqında 08 dekabr 2023-cü il tarixli, EP ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən tərtib edilmiş 08 dekabr 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Protokol onunla əsaslandırılmışdır ki, rəsmiləşdirmə mərkəzindən Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33-/3-1-005238/2023 saylı raportda, ünvan 1 ünvanına (VÖEN: **********) Türkiyə Respublikasından 77JE268/10ZH767 nömrəli nəqliyyat vasitəsi ilə "Rezin və Plastmassın emalında istifadə üçün avadanlıqlar” yükünün daxil olduğu və xx.xx.2023-cü il tarixli 3-33-1800/1-004951/2023 qeydiyyat saylı 69 nömrəli öhdəlik sənədinə əsasən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında xx.xx.2023-cü il tarixli **********8962 sorğu nömrəli gömrük bəyannaməsi ilə geydə alındığı, 69 nömrəli öhdəliyə əsasən "xxxx" MMC tərəfindən müvəggəti saxlanc xüsusi gömrük proseduru altında geydə alınmış malların 10 iş günü müddətinə digər prosedurda rəsmiləşdirməsi barədə müraciət edildiyi, lakin müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara verilmiş saxlanc müddətinin xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq bugünədək heç bir tədbir görülmədiyi qeyd edilmişdir. Faktla bağlı 05 dekabr 2023-cü il tarixdə "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı X1 və təhqiqat şöbəsinə dəvət edilərək izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, nümayəndəsi olduğu "El-Plastik” MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********8962 saylı gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yükə müvafiq icazə sənədi almaq üçün İqtisadiyyat Nazirliyinə müraciət olunmuşdur. Həmin icazənin alınması prosesi gecikdiyi üçün qeyd olunan yükün müvəqqəti saxlanc müddəti pozulmuş və malların rəsmiləşdirilməsi təmin edilməmişdir. Həmin mallar hal-hazırda ünvan 2 ünvanında yerləşən, Şəxs MMC-yə məxsus anbarda saxlanılır. Gömrük qaydalarını pozduqlarına görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada cərimə ödəməyə hazırdılar və qeyd edilən yüklərin icazə sənədlərini qısa zamanda alıb həmin yükləri rəsmiləşdirmək niyyətindədirlər. Tərəflərindən araşdırma zamanı **********8962 sorğu nömrəli gömrük bəyannaməsi ilə 24.11,2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malların ünvan 2 ünvanında yerləşən, Şəxs MMC-yə məxsus anbarda toxunulmaz olaraq gömrük nəzarəti altında saxlanıldığı müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Sumqayit şəhəri, Sülh küçəsi, məh 76 ünvanında geydiyyatda olan "xxxx" MMC 69 nömrəli öhdəliyə əsasən xx.xx.2023-cü il tarixli **********8962 sorğu nömrəli gömrük bəyannaməsi ilə 24.11,2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş “Rezin və Plastmassın emalında istifadə üçün avadanlığlar” yükünün müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, qeyd edilən mal digər gömrük proseduru altında yerləşdirmə üçün bəyan edilməmiş və ya gömrük anbarında yerləşdirilməmişdir. Nəticədə hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində müəyyən olunmuş inzibati xətanın tərkibi yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs və protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Sumqayıt Gömrük İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avgust 2013-cü il tarixli 229 nömrəli Qərarı ilə təsdig edilmiş «Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının 3-cü bəndində Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmagla, gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Qaydaların 3.2-ci bəndində göstərilən müddət çərçivəsində uzadır. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrıayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmağla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Haciyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar