Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2966/2023 20.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 4-cü PB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №-li, MN seriyalı ******* №li protokollar tərtib olunmuşdur. Həmin protokollara əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:10 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi Birləşmiş məhəllə ərazisində dövlət yol polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, ucadan nalayiq ifadələr işlədərək xırda xuliqanlıq əməli törətmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Sumqayıt Şəhər Polis İdarəsi 4-cü PB-nin sahə rəisi, polis kapitanı X2 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 22:10 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi Birləşmiş məhəllə ərazisində Şəxs sərnişin qismində əyləşdiyi “BMW” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobildə quraşdırılmış əlavə qurğu olmuş, bu səbəbdən dövlət yol polisi inspektorları Şəxs nəqliyyat vasitəsi duracağa aparılacağı söylənilmiş, sonuncu buna öz etirazını bildirmiş, ictimai yerdə ünvansız küçə söyüşləri söyərək, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymaraq, tabesizlik göstərmişdir.Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında biraz spirtli içki qəbul etmiş, daha sonra xalası oğlunu “BMW” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün çağırmışdır. xx.xx.2023-cü il tarixdə saat 22:10 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi Birləşmiş məhəllə ərazisində dövlət yol polis əməkdaşları saxla əmrini vermiş, xalası oğlu nəqliyyat vasitəsini saxlamışdır. Həmin vaxt o, sərnişin qismində nəqliyyat vasitəsində əyləmişdir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra nəqliyyat vasitəsində əlavə qurğunun quraşdırıldığını, həmin qurğunun sökülməsi üçün avtomobilin duracağa təmin ediləcəyini bildirmişdir. Bundan sonra o, maşından düşərək yol polis əməkdaşlarının yanına gələrək buna öz etirazını bildirmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsə də, o, öz hərəkətlərinə davam etmiş, ünvansız küçə söyüşləri söymüşdür. Bildirir ki, həmin vaxt spirtli içkinin təsiri altında olmuş, nə etdiyini bilməmişdir.O, Vətən Müharibəsi iştirakçısıdır, müharibı veteranıdır. Əməlindən peşman olmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ DYPŞ-nin YPX bölüyünün inspektoru, polis baş serjantı X3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 22:10 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi Birləşmiş məhəllə ərazisində xidmətdə olan zaman “BMW” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobildə səs sistemində müdaxilə edildiyini müşahidə etmiş və həmin nəqliyyat vasitəsinə “saxla” əmri verilmişdir. Bu zaman o, nəqliyyat vasitəsinin sürücünə yaxınlaşmış, özünü təqdim etmiş, avtomobilin səs sistemində müdaxilə edildiyini, araşdırılma aparılması üçün Sumqayıt ŞPİ DYPŞ-ə getməli olduqlarını bildirmişlər. Bu zaman nəqliyyat vasitəsinin sağ sərnişin qapısından düşən şəxs maşının ona aid olduğunu, içkili olduğu üçün digər şəxsə verdiyini bildirmişdir. O, həmin şəxsə nəqliyyat vasitəsində səs sistemində müdaxilə edildiyini, araşdırılma aparılması üçün Sumqayıt ŞPİ DYPŞ-ə getməli olduqlarını bildirən zaman, həmin şəxs ucadan ünvansız küçə söyüşlərə başlamışdır. O, həmin şəxsi nizam-intizama dəvət etsə də, ona məhəl qoymamış, tabesizlik göstərmiş, yenidən ucadan küçə söyüşləri söyməyə başlamışdır. Bundan sonra həmin şəxsin aidiyyatı üzrə təmin olunması üçün PPX naryadının kömək üçün çağırmışlar. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ DYPŞ-nin YPX bölüyünün inspektoru, polis baş serjantı X5 şahid X4 ilə eyniməzmunlu izahat vermişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Şəxs müharibə veteranıdır. İş materiallarında olan A/2345 №-li, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs müayinə vaxtı (xx.xx.2023-cü il, saat 01:00-da) orta dərəcəli sərxoşluq vəziyətində olmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilirərək təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə Şəxs müharibə veteranı olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kmi nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İş materiallarında olan inzibati qaydada tutlma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində azad edilmişdir. Beləliklə iş materialları araşdırılaraq, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən tənbeh tətbiq edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəlləsinin 34.3-cü və 31.4-1-ci maddələrinə əsasən bir gün tutulduğu müddət nəzərə alınmaqla 535.1-ci maddəsi ilə 100 (yüz) manat məbləğində inzibati cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2966/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2966/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver