Məhkəmə qərarları › İş №3(060)-2967/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2967/2023

20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2967/2023 20.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “Şimal” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, 02 avqust 1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tətib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokola əsasən borclu İsmayılov X7 rayon Məhkəməsinin 2(073)-1263/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. Hazırda borclunun 960 manat ödənilməyən borcu vardır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Cəlilabad rayon Məhkəməsinin 2(073)-1263/2015 saylı, xx.xx.2015ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.1986-cı il tarixdə Suqmayıt şəhərində anadan olmuş Sumqayıt şəhəri, mkr 18, ev 20a, mənzil 35-də yaşayan borclu Şəxs hər ay aylıq qazancının ¼ hissəsi aliment hesabına tutularaq övladı xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 üçün Cəlilabad rayonu, Qarazəncir kəndində yaşayan İsmayılova Göyçək Vəkil qızına verilməsi qət edilmişdir. İcra sənədinin icrasında 8 il ərzində heç bir problem olmamış, yalnız bu ilin avqust ayının 31-də şəxs ordu sıralarından işdən azad olduqdan sonra əmək haqqından tutmalar dayandırılmışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə icra məmuru ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu şəxs həmişə çağırışlara gəlmiş, işdən yeni çıxdığını, yaxın vaxtlarda pensiyasının düzələcəyini və həmçinin səhhətinin yol verdiyi işə tapacağını bildirmişdir. Borclunun hər hansı əmlakı və gəliri müəyyən edilməmişdir. Borc yalnız son dörd aya aiddir.. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, neçə illərdir ki, hər ay davamlı olaraq alimenti ödəmiş, lakin səhhəti ilə bağlı dörd ay əvvəl işdən çıxdığı üçün ödəniş edə bilməmiş, buna görə də aliment borcu yaranmışdır. Belə ki, ordu sıralarında qulluq etmiş, səhhəti ilə əlaqədar bu il avqust ayında şəxsi heyət sırasından çıxarılmışdır. Hazırda əlillik qrupunun müəyyən edilməsi üçün sənədlərini toplamış və aidiyyəti orqana müraciət edəcək. Xəstəliyini təsdiq edən sənədlərin surətlərini məhkəməyə də təqdim edir. Borcunu ödəməkdən yayınmır, iş tapan kimi və pensiyası düzələn kimi ödənişlərini tam edəcək. Ona qədər də ödənişlərdən yayınmayacaq və gələn həftə azı 200 manat ödəniş edəcək. Hal-hazırda iş axtarır və məşğulluq idarəsində qeydiyyatdadır. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müafiəçi G.F.Hüseynova öz bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs mütəmadi olaraq aliment ödəyib, lakin səhhəti ilə bağlı işdən çıxdığı üçün ödənişlər etməmişdir. Hal-hazırda işsizdir. Ödəniş etməkdən qərəzli boyun qaçırmadığını və onun əməlində inzibati xəta tərkibinin olamdığını əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Cəlilabad rayon Məhkəməsinin 2(073)-1263/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.1986-cı il tarixdə Suqmayıt şəhərində anadan olmuş Sumqayıt şəhəri, mkr 18, ev 20a, mənzil 35-də yaşayan borclu Şəxs hər ay aylıq qazancının ¼ hissəsi aliment hesabına tutularaq övladı xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 üçün Cəlilabad rayonu, Qarazəncir kəndində yaşayan İsmayılova Göyçək Vəkil qızına verilməsi qət edilmişdir. İş materiallarında olan DİN N saylı həri hisssənin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN Daxili Qoşunların N saylı hərbi hissənin hərbi qulluqçusu olmuş, Şəxs ehtiyata buraxıldığı üçün aylıq qazancından tutulan aliment 2023-cü il 31 avqust tarixindən dayandırılmış, 2(073)-1263/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən DİN daxili Qoşunların N saylı hərbi hissənin hərbi qulluqçusu olmuş, Şəxs 2023-cü ilin, iyul ayında 315 manat 31 qəpik və avqust ayında 784 manat 88 qəpik aylıq qazancından cəmi 1100 manat 19 qəpik aliment tutularaq İsmayılova Göyçək Vəkil qızının müvafiq hesabına ödənilmişdir. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, Şəxs sağ tərəfli normal eşitmə.Sol tərəfli orta ağır (İİİ) dərəcəli qarışıq tip eşitmə azlığı diaqnozu qoyulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Məhkəməsinin 2(073)-1263/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.1986-cı il tarixdə Suqmayıt şəhərində anadan olmuş Sumqayıt şəhəri, mkr 18, ev 20a, mənzil 35-də yaşayan borclu Şəxs hər ay aylıq qazancının ¼ hissəsi aliment hesabına tutularaq övladı xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 üçün Cəlilabad rayonu, Qarazəncir kəndində yaşayan İsmayılova Göyçək Vəkil qızına verilməsi qət edilmişdir. Həmin icra sənədi əsasında 06 oktyabr 2016-cı il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin vaxt ödənişləri hər ay tam şəkildə etmişdir. Yalnız xx.xx.2023-cü ildə şəxs işdən səhhəti ilə bağlı azad edildikdən sonra borcu ödəyə bilməmişdir. İcra prosesində isə icra məmuru tərəfindən müəyyən edilmişdir ki, hal-hazırda borclunun heç bir rəsmi gəliri və mülkiyyətində hər hansı əmlakı yoxdur. Mülkiyyətində hər hansı bir əmlakının olmaması borclunun əmlak vəziyyətinin göstəricisi olduğu halda, borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsinin nədə ifadə olunduğu göstərilmədən, borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs münasibəti qərəzli olamamışdır. Subyektiv mülahizələrə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 3 saat vaxta görə müvafiq məbləğ hesablanaraq dövlət büdcəsinin vəsaiti hesabına “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar