Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2967/2024 04.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1973-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 04 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1137/2020 saylı icra sənədinə əsasən borclu Şəxs yaranmış 6961 manat aliment borcunu üzürlü səbəb olmadan ödəməmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1137/2020 saylı icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7128/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh Şəxs iddiaçı X1 xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. İcra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Əvvəlki icra sənədi üzrə aliment məbləği 136 manat müəyyən edilmiş, ödənişlər edilməmiş və qeyd edilən miqdarda aliment borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli icra sənədinə görə ümumilikdə 6961 manat aliment borcu yaranmışdır. İcra sənədi Ramil Babayevin icraatında olmuşdur. Borclu ilə dəfələrlə əlaqə saxlamağa çalışsa da, heç bir nəticə əldə edilməmişdir. Borclu mütəmadi ödəniş etməmişdir. Ödəniş etdiyi qəbzləri təqdim etmiş, həmin ödənişlər barədə tələbkarla dəqiqləşmə aparılmış, məbləğlər çıxılmış və 6961 manat aliment borcu yaranmışdır. Borclu mütəmadi ödəniş etdiyini bildirsə də, sübut təqdim etməmişdir. Sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə olunmuşdur. Borclu ilə əlaqə saxlamaq mümkün olmadığına və çağırışlara gəlmədiyi üçün onun barəsində axtarış elan olunaraq qərar icra olunması üçün Sumqayıt ŞPİ-yə göndərilmiş və bu gün polis əməkdaşları tərəfindən borclu İcra İdarəsinə təhvil verilmişdir. Birinci icra sənədi üzrə borc bağlanmış və həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Borclu başqa ödənişləri olduğunu bildirmiş, ona görə də, tələbkara bank hesabının çıxarışını təqdim etməsini bildirsə də, o, həmin karta başqa pulların da daxil olmasını bildirmiş və çıxarışı təqdim etməmişdir. Ona görə də, borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, özünü təqsirli bilmir. İcra məmuru Ramil Babayev ona bank hesabı vermiş və o, 2024-cü ilin yanvar ayından noyabr ayı daxil olmaqla mütəmadi olaraq hər ayın 25-30 ödənişlər etmişdir. May ayına qədər ödəniş qəbzlərini Ramil Babayevə təqdim etmiş, lakin may ayında işləmək üçün Şuşa şəhərinə getmiş, ödənişləri oradan Milliön vasitəsilə etmiş, lakin qəbzləri itirmişdir. İcra məmuru ona zəng etməmiş və heç bir bildiriş göndərməmişdir. İcra məmuru keçən il də eyni halın baş verdiyini, lakin sonradan qəbzləri təqdim etmiş və məsələ həll olunmuşdur. Oktyabr və noyabr aylarında hər ay 150 manat ödəniş etmişdir. Onun tələbkara 6961 manat deyil, cəmi 4000 və ya 5000 manat borcu qalmışdır. 2025-ci ilin yanvar ayında kredit götürüb qalan borcu ödəyəcəyini bildirdi. Himayəsində başqa uşaqlarının da olduğunu və həyat yoldaşının xəstə olmasını nəzərə alaraq ona güzəşt olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, Himayəsində başqa uşaqlarının da olduğunu və həyat yoldaşının xəstə olmasını nəzərə alaraq ona güzəşt olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1137/2020 saylı icra sənədindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7128/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh Şəxs iddiaçı X1 xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)- 1137/2020 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs bildiriş göndərilmişdir. İş materiallarında olan borclunun ünvanına baxış keçirilməsi haqqında xx.xx.2024cü il tarixli aktdan görünür ki, Şəxs qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında olmuşlar, lakin evin giriş qapısını dəfələrlə döyülməsinə baxmayaraq qapını açan olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1137/2020 saylı icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7128/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh Şəxs iddiaçı X1 xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. İş üzə 05 avqust 2020-ci ildə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada borcluya təqdim edilmişdir. Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Şəxs tərəfindən X2 adına göndərilən pul köçürmələrinin siyahısında xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan müddət ərzindən müxtəlif vaxtlarda 150 və ya 300 manat olmaqla ümumilikdə 1950 manat aliment ödənilmiş, bundan əlavə icra məmuru tərəfindən təqdim edilən qəbzlərdə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində ayda 170 AZN olmaqla ümumilikdə 1020 AZN aliment borcu ödənilmişdir. Bununla da, borclu ödənişləri etmədiyi üçün onun bu günə kimi 6210 (altı min iki yüz on) manat aliment borcu yaranmışdır. Barəsində protokol tərtib edilən şəxs Şəxs 4000-5000 AZN aliment borcu olması barədə verdiyi izahatı təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişləri etməməsi, həmçinin icra idarəsində gəlməkdən yayınması icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 04 dekabr 2024-cü il tarixdən saat 14.35-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 04 (dörd) saata görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 04 dekabr 2024-cü il, saat 14.35-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 04 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2967/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2967/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver