Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2969/2024 16.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17276486 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17276486 saylı elektron inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin nümayəndəsi və şikayət vermiş şəxs Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Baş X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “Honda Pilot” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istəyərkən, Baş Dövlət Yol Polis İdarəsində bildirmişlər ki, barəsində çox saylı elektron protokollar əsasında qəbul edilmiş qərarlar mövcuddur. Qeyd olunan qərarlardan məlumatı olmamışdır. xx.xx.2024cü il tarixdə bu qərarlar barədə ona şifahi məlumat verildikdən dərhal sonra, yəni növbəti gün xx.xx.2024-cü il tarixdə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarla bağlı qəbul edilmiş qərarların surətlərinin ona təqdim edilməsi ilə bağlı rəsmi olaraq ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə ona cavab məktubu göndərilsə də, qoşma olaraq hər hansı qərar əlavə edilməmişdir. Bundan sonra bir neçə dəfə telefon əlaqəsi yaratdıqdan sonra xx.xx.2024-cü il tarixdə ona qərarların surətləri təqdim edilmişdir. Qərarların surətlərini aldıqdan sonra ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixli, EQ 17276486 saylı inzibati xəta haqqında elektron protokola əsasən, nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələrinə əsasən 300 manat məbləğində cərimə olunması barədə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin mərkəzi informasiya sistemində olan məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixli, EQ 17276486 saylı inzibati xəta haqqında elektron protokol əsasında elə həmin gün 300 manat məbləğində cərimə olunmuş və hazırda həmin cərimədən əlavə 180 manat məbləğində dəbbə pulu hesablanaraq cəmi 480 manat olmuşdur. Göründüyü kimi barəsində tərtib edilmiş bu və ümumiyyətlə bütün protokollar texniki cihazlardan istifadə edilməklə elektron qaydada tərtib edildiyindən aşkarlanmış inzibati xəta pozuntularının həqiqətən də onun tərəfindən edilib- edilmədiyi, yaxud da inzibati xəta pozuntusu baş verən zaman mülkiyyətində olan “Honda Pilot” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobildə onun ümumiyyətlə olubolmadığının səlahiyyətli orqan tərəfindən müəyyən edilməsi istiqamətində heç bir araşdırma aparılmayaraq birtərəfli qaydada qanunsuz olaraq barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü-cü maddələrinə əsasən 300 manat məbləğində cərimə olunması barədə tənbeh növü tətbiq edilmişdir. Barəsində xx.xx.2023-cü il tarixli, EQ 17276486 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin mahiyyətinə uyğun çıxış edərək bildirmişdir ki, təqdim etdiyi fotoşəkillərdə belə inzibati xətanın törədilməsinin vaxtı qeyd olunmamış və şəkillər xüsusi ölçmə cihazları ilə deyil, təhlükəsiz şəhər kameraları tərəfindən qeydə alınmışdır. Bakı şəhərinin müxtəlif rayon Məhkəmələrində onun tərəfindən bu qəbildən verilmiş şikayətlər vardır. Avtomobil onun mülkiyyətində olsa da, avtomobili o, idarə etməmişdir. Lakin, bu məqam Azərbaycan Respublikası DİN Baş X4 İdarəsi tərəfindən araşdırılmadan əsassız qərarlar qəbul etmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X2 xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq bildirmişdir ki, onun barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17276486 saylı inzibati tənbeh vermə haqqında qərarla bağlı əldə etmiş olduğu fotoları sistemə yerləşdirməklə sizə təqdim edir. Şəkillərdən də aşkar şəkildə görünür ki, şəkillər xüsusi ölçmə cihazı vasitəsilə deyil, adi TŞ müşahidə kameraları vasitəsilə qeydə alınmışdır. Şəkillərin ümumiyyətlə nə zaman çəkilməsi bilinmir və həmin şəkillərdən nəqliyyat vasitəsinin kimin tərəfindən idarə edilməsinin müəyyən edilməsi qeyri mümkündür. Müşahidə kameralarından hər hansı pozuntu aşkar edildiyi təqdirdə pozuntunu aşkar etmiş şəxs məruzə etməli idi, inzibati icraatın başlanılması barədə qərar qəbul edildikdən sonra inzibati xətanı törətmiş şəxs müəyyən edilərək məsuliyyətə cəlb edilməli idi. Lakin, mövcud iş üzrə bunların heç biri edilməyərək inzibati xətanın ümumiyyətlə nə zaman və kimin tərəfindən törədilməsi müəyyən edilməmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınması barəsində qanunsuz olaraq tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17276486 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv etməyinizi xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17276486 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17276486 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Honda Pilot minik” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xx.xx.2023-cü il tarixdə saat 16:07-də Sumqayıt şəhəri, Sülh- Heydər Əliyev küçəsinin kəsişməsində yol nişanlarının tələblərinə riayət edilməməsi, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etdiyinə görə X2 Azərbaycan Respublikasının İXM-in 327.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Göründüyü kimi X2 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən aparılmış araşdırma üzrə düzgün nəticəyə gəlinməyərək, sonuncunun Sumqayıt şəhəri, Sülh-Heydər Əliyev küçəsinin kəsişməsində yol nişanlarının tələblərinə riayət edilmədiyinə, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etdiyinə, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.3-cü maddələrinin tələblərini pozması qənaətinə gəlinərək barəsində tənbeh tədbiri tətbiq edilmişdir. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.3-cü maddələrinin tərkib əlamətlərini pozmamış və hadisə ilə bağlı sonuncuda heç bir təqsiri olmamışdır. Çünki iş materiallarına əlavə edilmiş fotoşəkillər xüsusi ölçmə cihaz vasitəsilə deyil, adi TŞ müşahidə kameraları vasitəsilə qeydə alınmışdır. Şəkillərin ümumiyyətlə nə zaman çəkilməsi bilinmir və həmin şəkillərdən nəqliyyat vasitəsini idarə edən şəxsin kim olmasının müəyyən edilməsi qeyri-mümkündür. Əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə X1 Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 327.1 və 332.3-cü maddələri ilə təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan hallar sonucunun təqsirsiz olmasına dəlalət edir. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin xx.xx.2023-cü il tarixli, EQ 17276486 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17276486 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin Mərkəzi İnformasiya sistemində X1 adına qeyd edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17276486 saylı elektron inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2969/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2969/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver