Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2972/2021 01.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Oruczadə Urfan Eynur oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhəri 1-ci PB-nin sahə rəisi polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 49-cu məhəllə, fərdi həyət evi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İnzibati xətaya dair işin materiallarından görünür ki, Şəxs 01.09.2021-ci il tarixdə saat 01:50 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon, Araz marketin qarşısında polisin qanuni tələblərinə əməl etməmişdir. Şəxs barəsində tərtib olunmuş 01 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və 01.09.2021-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Şəxs 01.09.2021-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, Araz marketin qarşısında bir neçə vətəndaş ilə ucadan nalayiq ifadələr işlədərək mübahisə edərkən hadisə yerinə yaxınlaşmış PPXT əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Belə ki, Şəxs avtopatrula əyləşərək bölməyə getməkdən imtina etmişdir. Nəticədə əməkdaşlar onu məcburi şəkildə avtopatrula əyləşdirərək bölməyə təmin etmişlər. Həmin vaxt Şəxs sərxoşluq vəziyyəti də aşkarlanmışdır. Onun polisin qanuni tələbinə tabe olmaması yalnız avtopatrula əyləşməkdən imtina etməkdən ibarət olmuşdur. Qeyd olunan fakt əsasında Şəxs barəsində 01 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, 01.09.2021-ci il tarixdə müxtəlif kafelərdə oturub pivə içmiş, sonra isə Sumqayıt şəhəri, 10-cu mikrorayon, Araz marketin qarşıısnda dostları ilə görüşmüş, həmin vaxt aralarında söz mübahisəsi yaranmış və buna görə də ərazidə xidmət aparan post patrul ximətinin əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişdir. Hadisə vaxtı çox içkili olduğu üçün polis əməkdaşları ona polis bölməsinə getməli olduqlarını bildirmiş, o isə içkinin təsirindən polisin qanuni tələbinə əməl etməmişdir. Hazırda törətdiyi əməldən peşmandır və odur ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən şahid Sumqayıt şəhər Polis İdarəsi PPXT-nin polis nəfəri, polis baş serjantı X2 izahatında göstərdi ki, Şəxs 01.09.2021-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, Araz marketin qarşısında bir neçə vətəndaş ilə ucadan nalayiq ifadələr işlədərək mübahisə edərkən hadisə yerinə yaxınlaşmış PPXT əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Belə ki, Şəxs avtopatrula əyləşərək bölməyə getməkdən imtina etmişdir. Nəticədə əməkdaşlar onu məcburi şəkildə avtopatrula əyləşdirərək bölməyə təmin etmişlər. Həmin vaxt Şəxs sərxoşluq vəziyyəti də aşkarlanmışdır. Onun polisin qanuni tələbinə tabe olmaması yalnız avtopatrula əyləşməkdən imtina etməkdən ibarət olmuşdur. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini Məhkəmədən xahiş etdi. İş materiallarından görünür ki, Şəxs 01 sentyabr 2021-ci il tarixdə saat 02:00-da tutulmuşdur. İş materiallarında olan 01 sentyabr 2021-ci il tarixli, A/784 saylı protokoldan görünür ki, Şəxs orta dərəcədə alkoqol sərxoşluğu vardır. İş materiallarını araşdıraraq, inzibati protokol tərtib etmiş şəxsi, inzibati xəta törətmiş şəxsi, şahidi və müdafiəçini dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs təqsirli bilindiyi AR İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Beləliklə, Məhkəmə, törədilmiş inzibati xətanın ağırlığını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: "xxxx" Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2972/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2972/2021
01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver