Məhkəmə qərarları › İş №3(060)-2973/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2973/2025

18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2973/2025 18.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 2ci Polis Bölməsinin sahə rəisi X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ″EG PLAST″ MMC-də baş mühasib işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi X1 Günay Habil qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi X8 protokola uyğun olaraq izahat vermiş və bildirmişdir ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis baş leytenanı X3 xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı əsasında əməldə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan protokol tərtib etmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs və Şəxs arasında mübahisə yaranmış və nəticədə Şəxs Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmədən protokol üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə “Gold Qayalı” marketin qarşısında qaydalara uyğun olaraq maşının park etmiş və maşının içində telefonu ilə məşğul olduğunu bildirmişdir. Onun yanındakı avtomobil isə çəpəki saxlamışdı. Bir müddət sonra o, avtomobildə telefona baxarkən Şəxs onun avtomobilinin ön hissəsinə telefonu ilə dəfələrlə vurmuş və ona kobud şəkildə avtomobili çəkməsini bildirmişdir. O, isə Şəxs avtomobilə minmək üçün kifayət qədər yer olduğunu və digər tərəfdən də minə biləcəyini demişdir. Bundan sonra, Şəxs avtomobilin qapısını açıb dəfələrlə onun avtomobilinə vurmuşdur. Həmin vaxt parking işçisi də gəlmiş və Şəxs avtomobili yanlış saxladığını bildirmişdir. Şəxs onun şəxsinə çox kobud sözlər, təhqiredici ifadələr işlətmişdir. Şəxs anası isə arxadan “baş qoşma, onunla ağız-ağıza vermə” kimi ifadələr işlətmişdir. O, Şəxs anasına o tərbiyənin yiyəsi olmadığını bildirmişdir. Lakin, Şəxs onun avtomobilinin sol tərəfinə yaxınlaşaraq onu cırmaqlamış və söyüşlərə davam etmişdir. O, avtomobildən düşərək Şəxs anasına qızını uzaqlaşdırmağı və ona tərbiyə verməyini demişdir. Şəxs anası da onu itələmiş və həmin vaxt Şəxs maşından “baseball” taxtasına bənzər taxta ilə onun üstünə gəlmiş və onu vurmuşdur. Şəxs onun üz nahiyəsini sol tərəfdən cırmaqlamış və vurmuş, eyni zamanda əllərinə və qollarına taxta ilə vurmuşdur. Bundan başqa, Şəxs qızını avtomobildə olmadığını bildirmişdir. O, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə barışmaq istəmədiyini və məhkəmədən qeyd edilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, hadisə baş verən gün dayısıgilə getmək istəyirdi. O, anası, qızı və xalası ilə qızının əhvalı yaxşı olmadığı üçün onun fikrini dağıtmaq məqsədilə evdən çıxmışlar. O, “Gold Qayalı” marketin qabağında maşınını saxlamış, marketdə alış-veriş etdikdən sonra əlində şirniyyatlar ilə marketdən çıxmışlar. Bu zaman onların maşınının paralelində bir maşın dayandığını görmüşdür. Avtomobillər arasında məsafə az olduğundan o, öz maşınına minmək üçün çətinlik olduğunu görmüşdür. O, gülərək mehriban şəkildə əyilərək maşının içinə boylanmış və xanım sürücünün əlində olan telefona başı qarışdığını görmüşdür. Sonra maşının şüşəsinə yavaşca vuraraq ona maşınına minmək üçün yer olmadığını və maşını çəkməsini bildirmişdir. Lakin, gözləmədiyi halda qarşı tərəf ona “çəkmirəm, əcəb etmişəm, sənin problemindir” demiş və ona maşının digər tərəfindən minməyini bildirmişdir. O, öz maşınına minmək istəyərkən məsafə dar olduğu üçün maşınının qapısı zərərçəkmiş şəxsin maşının qapısına dəymişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadə işlətmiş, o isə baş qoşmayaraq ona “maşınını çəksəydin bunlar baş verməzdi” demişdir. Zərərçəkmiş şəxs maşının içində ona, yanında olan valideynlərinə təhqiredici ifadələr işlətmişdir. Anası isə ona Zərərçəkmiş şəxs baş qoşmamağını bildirmişdir. Lakin, Zərərçəkmiş şəxs ürəyi soyumamış və valideynlərinə qarşı daha ağır ifadələr işlətmişdir. Bu zaman o, maşından düşmüş və Zərərçəkmiş şəxs pəncərəsinə yaxınlaşmış və əli ilə bu sözləri kimə dediyini soruşmuşdur. Bu zaman Zərərçəkmiş şəxs onun əlini içəri qatlamış və saçından yapışmışdır. Pəncərə yarıya qədər bağlı olduğu və həmçinin, Zərərçəkmiş şəxs də fiziki cəhətdən güclü olduğunu başa düşərək, özünü müdafiə məqsədilə əlini çəkmək istəyərkən əli Zərərçəkmiş şəxs üzünə dəymişdir. Zərərçəkmiş şəxs isə onun saçını dartmaqda və üzünə əl atmaqda davam etmişdir. Sonra anası gəlmiş və onu arxaya çəkərək ayırmışdır. Bundan hirsi soyumayan Zərərçəkmiş şəxs onların maşınına yaxınlaşaraq onun maşında oturan qızına əl atmışdır. Sonra anası onları ayırmağa çalışarkən Zərərçəkmiş şəxs anasını da itələmişdir. Artıq bunlara dözmədiyi üçün o da, maşının arxasında özünün gülləri üçün istifadə etdiyi nazik taxta ilə onu itələyərək qorxutmaq istəmişdir. Onun da qolunda xəsarət olmasına baxmayaraq o, Zərərçəkmiş şəxs heç yerə şikayət etmədiyini və belə bir hadisənin içində olduğu üçün peşman olduğunu bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs ilə barışmaq üçün cəhd göstərməsinə baxmayaraq heç bir nəticə əldə etmədiklərini bildirmişdir. Həmin andakı vəziyyətinin nəzərə alınmasını və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X7 bildirmişdir ki, o, Şəxs anasıdır və xx.xx.2025-ci il tarixdə onlar marketə getmək üçün maşını “Gold Qayalı” marketin qarşısında saxlamışlar. Maşını saxladıqları yer boş olmuş və orada heç bir avtomobil olmamışdır. Sonradan Zərərçəkmiş şəxs onun qızının avtomobilnin yanında avtomobili saxlamışdır. Qızı Günay məsafənin az olması səbəbindən Zərərçəkmiş şəxs yaxınlaşaraq ona avtomobilini çəkməsini bildirmişdir. Zərərçəkmiş şəxs isə cavabında avtomobilini çəkməyəcəyini bildirmiş və avtomobilin içindən söyüşlər söyməyə başlamışdır. Qızı Günay Zərərçəkmiş şəxs söyüş söyməməsini desə də, o hərəkətlərinə davam etmişdir. Bundan başqa, onun nəvəsi də avtomobildə olmuş, Zərərçəkmiş şəxs onun nəvəsinə əl atmışdır. O və qızı Zərərçəkmiş şəxs dəfələrlə çıxıb getməyini desələr də, Zərərçəkmiş şəxs getməmişdir. Bu zaman qızı da onu qorxutmaq məqsədi ilə taxta ilə Zərərçəkmiş şəxs üstünə gəlmiş və itələmiş, lakin onu vurmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə vətəndaş Şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “Gold Qayalı”-nın qarşısında vətəndaş Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı ona xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1638 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarət vardır: sol almacıq nahiyyəsinin, sol bazunun, sol saidin, sol əlin qançırı, sol saidin, sağ əlin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 günə qədər olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən cinayət işinin başlanması rədd olunaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-yə göndərilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2009-cu il tarixli X2 adlı uşağı var. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxsə fiziki ağrı yetirməsi özünün verdiyi izahatla, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi, işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə şəxsin məsuliyyətdən azad edilməsi və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Şəxs barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar