Məhkəmə qərarları › İş №3(060)-2974/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2974/2022

13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2974/2022 13.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1, Onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin Sumqayıt Şəhər Dövlət X5 polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsi barədə X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət vermiş şəxs X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 bildirdi ki, Sumqayıt Şəhər Dövlət X5 polis polkovnik leytenantı X2 inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarından müəyyən olunur ki, güya ki o, xx.xx.2022-ci il tarixdə saat 14:15 radələrində “VAZ 2107” markalı **-NO-*** qeydiyyat nişanlı avtomobil ilə Sülh küçəsi ilə hərəkət edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 329.1-ci maddəisndə (təhlükəsizlik kəmərinin bağlamadan nəqliyyat vasitəni idarə etmə) və 333.1-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmə) nəzərdə tutulan inzabati xəta törətmiş və bu əməllərə görə barəsində 400 (dörd yüz) manat cərimə ödəmə haqqında tənbeh növü tədbiq edilmişdir (həmin cərimə artıq ödənilmişdir). Aşağıda göstərilənlərə görə barəsində tərtib edilmiş TP ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilməlidir. İşin fakti hallarından müəyyən olunur ki, göstərilən xx.xx.2022-ci il tarixdə saat 14:55 radələrində “VAZ 2107” markalı, **- NO-*** qeydiyyat nişanlı avtomobili Sülh küçəsində idarə edən o olmamış, doğma qardaşı Şahid olmuşdur və inzibati xətanı da törədən qardaşı olmuşdur. Lakin sonradan o xx.xx.2022-ci il tarixdə “myGov” elektron portalı vasitəsi ilə şəxsi kabinetinə baxdıqı zaman məlum olmuşdur ki, inzibati qərar verən şəxs işin bu hallarına diqqət yetirməmiş, qardaşının şəxsiyyətini müəyyən etməmiş və onun barəsində tərtib etdiyi inzibati xəta haqqında qərarı ona aid sənədlər üzrə tərtib etmişdir. Bundan əlavə barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar xx.xx.2022-ci tarixə kimi ona rəsmi qaydada təqdim edilməmişdir. Bundan sonra o xx.xx.2022-ci il tarixində Sumqayıt Şəhər Dövlət X7 yaxınlaşaraq barəsində tərtib edilmiş TP ******* nömrəli inzibati xəta haqqında qərarın sürətini rəsmi qaydada almışdır. Hesab edir ki, inzibati xəta olmadığına görə inzibati məsuliyyət də yoxdur. Belə olan halda həmin qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin Sumqayıt Şəhər Dövlət X5 polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 14:15 radələrində “VAZ 2107” markalı **-NO-*** qeydiyyat nişanlı avtomobil ilə Sülh küçəsində hərəkət edərkən təhlükəsizlik kəmərinin bağlamadan nəqliyyat vasitəni idarə etdiyi üçün Sumqayıt şəhər YPX əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları ondan şübhələndikləri üçün onu müayinədən keçirmək üçün Sumqayıt şəhər Narkoloji Dispanserə aparılmış və müayinə zaman narkotik vasitə qəbul edib avtomobil idarə etməsi aşkar edilmişdir. Bundan sonra o sürücülük vəsiqəsi olmadığı üçün qardaşının sürücülük vəsiqəsini YPX əməkdaşlarına təqdim etmiş, o Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və protokol üzrə cəriməni ödəmişdir. Bu hadisəni qardaşının xəbəri olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş orqan - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərardan müəyyən olunur ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.2-ci maddəsində göstərilir ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə qərardan şikayət vermiş şəxs X1 izahatını və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsi bildiriş göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxışında nümayəndəsinin iştirakını təmin etməmiş, protokol tərtib edərkən inzibati xəta törədən şəxsin şəxsiyyəti müəyyən edilməmiş və Azərbaycan Respublikası İXM-nin 333.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X3 tərəfindən törədildiyi ilə bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, qərardan şikayət vermiş şəxs X1 təqsiri sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin Sumqayıt Şəhər Dövlət X5 polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin Sumqayıt Şəhər Dövlət X5 polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar