Məhkəmə qərarları › İş №3(060)-2977/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2977/2021

02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2977/2021 02.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş şəxs: Sumqayıt ŞPİ-nin 3-cü PB-nin polis sahə rəisi, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, 24.02.1971-ci ildə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs 01.09.2021-ci il tarixdə Sumqayıt şəhəri, 41-ci məhəllə, "Sevgilim" şadlıq sarayının qarşısında YPX əməkdaşına qəsdən tabesizlik edərək nəqliyyat vasitəsini duracağa aparmaqdan imtina etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin polis sahə rəisi, X3 bildirdi ki, Şəxs 01.09.2021-ci il tarixdə Sumqayıt şəhəri, 41-ci məhəllə, "Sevgilim" şadlıq sarayının qarşısında YPX əməkdaşına qəsdən tabesizlik edərək nəqliyyat vasitəsini duracağa aparmaqdan imtina etmişdir. Buna görə də, Şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə raport əsasında təhvil verilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 01.09.2021-ci il tarixdə saat 12:00 radələrində 9-cu mikrorayon, Şərq bazarı tərəfdə idarə etdiyi 50CM949 dövlət qeydiyyat nişanlı Mercedes Sprinte sərnişin mikroavtobusunu YPX əməkdaşları saxlamışlar. Yaxınlaşıb sənədləri onlara vermişdir. Sonra isə nəqliyyat vasitəsində quraşdırılan kondisionerin qeyri-qanuni olduğunu bildirib duracağa getməyini bildirmişlər. Etiraz etməmişdir. YPX əməkdaşı ilə birlikdə nəqliyyat vasitəsini duracağa gedərkən yolda nəqliyyat vasitəsinin sahibi Qulu adlı şəxsə yığıb bu barədə məlumat vermişdir. Sumqayıt şəhəri, 41-ci məhəllə, "Sevgilim" şadlıq sarayının qarşısında dayanıb maşının sahibi Qulu yaxınlaşmışdır. Qulu nəqliyyat vasitəsinin duracağa aparılmasına YPX əməkdaşlarına etirazını bildirmişdir. 102 xidmətinə zəng etmişdir. Qulu nəqliyyat vasitəsinin duracağa getməsinə etiraz etdiyi üçün PPX əməkdaşları yaxınlaşıb onları polis bölməsinə gətirmişlər. Etdiyi əməldən peşmandır, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin müdafiəçisi X4 müdafiəçisi olduğu şəxsin göstərdiyi halların nəzərə alınmasını və onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs, onun müdafiəçisini, protokol tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. İşdə olan tutma protokolundan görünür ki, Şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB tərəfindən 01.09.2021-ci il tarixdə saat 13:30-da tutulmuş, 02.09.2021-ci il tarixdə saat 09:00-da azad olunmuşdur. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs ağırlaşdıran hallar müəyyən olunmadı, məsuliyyətini yüngülləşdirən hal isə əməlindən peşman olmasıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB tərəfindən 01.09.2021-ci il tarixdə saat 13:30-da tutularaq 02.09.2021-ci il tarixə saat 09:00-dək saxlanması nəzərə alınsın və üzərində 150 (bir yüz əlli) manat cərimə tənbehi saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar