Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2979/2021 05.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı RETSİ-nin nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı RETSİ tərəfindən tərtib edilmiş 13 avqust 2021-ci il tarixli, MN ******* №-li qərarından verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı RETSİ tərəfindən tərtib edilmiş 13 avqust 2021-ci il tarixli, MN ******* №-li qərarından şikayət verərək, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı RETSİ-nin nümayəndəsi X2 məhkəmə iclasına gəlmiş, lakin Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X6 müvafiq olaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X6 şikayəti onunla əsaslandırmışdır ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı 13 avqust 2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı ilə o, AR İXM-nin 233.1-ci maddələri ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərarla razı deyil. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları 28 iyul 2021-ci il tarixdə Sumqayıt Novxanı yolunun sağ kənarında yerləşən və ailəvi istirahət mərkəzi kimi fəaliyyət göstərən «ByNiyam Salami» obyektində olmuş və 28.07.2021-ci il tarixdə Protokol tərtib etmişlər. Həmin Protokoldan belə aydın olur ki, guya istirahət mərkəzinin fəaliyyəti zamanı ətraf mühatə yayılan iy-qoxu və səs-küyün səviyyəsi norma səviyyəsindən artıq olmuş və bu səbəbdən də onun barəsində AR İXM-nin 233.1,237.1 və 275.2.4-cü maddələri ilə protokol tərtib edilmişdir. Bundan sonra həmin protokolun surəti 06.08.2021-ci il tarixli məktubla ünvana göndərilmiş və həmin məktubda inzibati işə baxılacağı bildirilmişdir. Lakin bu barədə göndərilmiş məktub ona vaxtında təqdim edilməmişdir. Bundan sonra onun barəsində tərtib edilmiş protokol əsasında onun adına İnzibati tənbeh vermə barədə 13 avqust 2021-ci il tarixli Qərar qəbul edilmiş və həmin qərarla o, bir neçə maddə ilə inzibati xəta törətməkdə təqsirli bilinmişdir. Bu istirahət mərkəzi bütün normalara uyğun fəaliyyət göstərir, həmin mərkəzdə hava təmizləyici qurğu da quraşdırılmış və obyektə hər hansı bir inzibati cəzanın tətbiq edilməsi üçün heç bir əsas уoxdur. Bununla da artıq 2-ci dəfədir ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi bizə qarşı əsassız cərimələr tətbiq etməklə onların sahibkarlıq fəaliyyətinə ciddi əngəllər yaratmışdır. Qarşı tərəfin həmin obyektdə olması və belə bir protokol tərtib etməsindən onun xəbəri və məlumatı olmamışdır. Qəbul edilmiş qərar tam qanunsuzdur və bu qərar qəbul edilərkən prosessual normanın tələbləri pozulmuş, qanunsuzluğa yol verilmişdir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı 13 avqust 2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərarını ləğv etməklə barəsində AR İXM-nin 233.1-ci maddəsi ilə olan materiala xitam verilməsi barədə Qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı RETSİ-nin nümayəndəsi X2 izahat verərək bildirdi ki, Nazirliyin Milli Hidrometeoroloji Xidməti tərəfindən Sumqayıt şəhər, Novxanı yolunun sağ tərəfində yerləşən “byNiyam Salami” ailəvi istirahət mərkəzinin ətraf ərazisində aparılan ölçmə işləri zamanı ətrafa yayılan iy-qoxunun və səs-küyün normadan artıq olduğu müəyyən edilmişdir. Buna görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı RETSİ tərəfindən X6 barəsində 28.07.2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol əsasında 13.08.2021-ci il tarixli, MN ******* №-li inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hal-hazırda həmin obyektdə quraşdırılmış hava təmizləyici qurğu yenidir, protokol tərtib olunarkən sözügedən obyektdə təmizləyici qurğu, filter olmamışdır. Eyni zamanda 30.07.2021-ci il tarixli “X5 Haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin pozuntularının aradan qaldırılması üçün məcburi göstəriş də mövcuddur. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 28.07.2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 13.08.2021-ci il tarixli, MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Nazirliyin Milli Hidrometeoroloji xidməti tərəfindən Sumqayıt şəhər, Novxanı yolunun sağ tərəfində yerləşən “byNiyam Salami” ailəvi istirahət mərkəzinin ətraf ərazisində aparılan ölçmə işləri zamanı ətrafa yayılan iy-qoxunun və səsküyün normadan artıq olduğundan X6 tərəfindən İXM-nin 233.1, 237.1, 275.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 2500 (iki min beş yüz) manat cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan 30.07.2021-ci il tarixli, G-MG/4321-071 nömrəli “X5 Haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin pozuntularının aradan qaldırılması üçün məcburi göstərişdən müəyyən olunur ki, “X5 Haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə riayət olunması vəziyyəti yoxlanmış və 28 iyul 2021ci il tarixli 70882 saylı akt tərtib olunmuşdur. 17.07.2021-ci il tarixində Nazirliyin Milli Hidrometeoroloji Xidmətinin əməkdaşları tərəfindən Sumqayıt-Novxanı avtomobil yolunun sağ kənarında yerləşən “B.Y.” Niyam Salami ailəvi istirahət mərkəzindən yayılan səsküyün və iy-qoxunun miqdarının norma daxilində olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə məkanın ətraf ərazisində SOUND LEVEL METER PSE 322A cihazı və Ankat 64M3-03 cihazı vasitəsilə analiz-ölçmə işləri aparılmış və mərkəzin fəaliyyəti zamanı ətrafa yayılan iy-qoxunun (8.2 mq/m3) və səs-küyün səviyyəsinin (74,1 DBA) ətraf mühit üçün yol verilən faktiki norma həddindən artıq olduğu müəyyən edilmişdir. Aparılan analiz-ölçmə işləri zamanı mərkəzin tüstü bazasında ətrafa yayılan iy-qoxunun tutulub zərərsizləşdirilməsi üçün qaz-toz təmizləyici qurğunun quraşdırılmadığı müşahidə edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət rədd edilməlidir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı RETSİ tərəfindən tərtib edilmiş 13 avqust 2021-ci il tarixli, MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarı ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı RETSİ tərəfindən tərtib edilmiş 13 avqust 2021-ci il tarixli, MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarlarından X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2979/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2979/2021
05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver