Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-298/2021 21.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X4 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər YNHİ-nin polis kapitanı X7 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1994-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.4cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Sumqayıt şəhər YNHİ tərəfindən AR İXM-in 327.2-ci və 332.4-cü maddələri ilə inzibati xəta törədilməsinə dair AP seriyalı ******* saylı, 13.01.2021-ci il tarixli protokol tərtib edilmişdir, ondan ötrü ki, o, 11.01.2021-ci il tarixdə, saat 17:00 radələrində Şəxs idarə etdiyi “VAZ-21063” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Sumqayıt şəhəri S.Vurğun küçəsi Bərpa xəstəxanasının bərabərliyində sola geriyə dönərkən qarşıdan gələn “Opel Astra” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomaşına yol verməyib toqquşmuşdur. Sürücü sürücülük vəsiqəsini təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş zərərçəkmiş şəxs X6 məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər YNHİ-nin polis kapitanı X7 oğlu izahatında bildirdi ki, 11.01.2021-ci il tarixdə, saat 17:00 radələrində Şəxs idarə etdiyi “VAZ-21063” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Sumqayıt şəhəri, S.Vurğun küçəsi Bərpa xəstəxanasının bərabərliyində sola geriyə dönərkən qarşıdan gələn “Opel Astra” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomaşına yol verməyib toqquşmuşdur. Sürücü sürücülük vəsiqəsini təqdim etməmişdir. Bütün bunları nəzərə alaraq qanunauyğun tədbir görülməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 11.01.2021-ci il tarixdə, saat 17:00 radələrində idarə etdiyi “VAZ-21063” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Sumqayıt şəhəri, S.Vurğun küçəsi Bərpa xəstəxanasının bərabərliyində sola geriyə dönərkən qarşıdan gələn “Opel Astra” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomaşına yol verməyib toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır, spirtli içki qəbul etməmişdir. Odur ki barəsində yüngül inzibati tənbeh tədbiri görülməsini Məhkəmədən xahiş etdi. Şəxs əməli, barəsində tərtib olunmuş AP seriyalı ******* saylı, 13.01.2021-ci il tarixli inzibati xəta haqqında protokol, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də, iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, zərərçəkmiş şəxs X2 izahatlarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.4-cü maddələri nəzərdə tutulan əməli törətmişdir. Həmçinin iş materiallarında olan Yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, “VAZ-21063” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşın Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə Bərpa xəstəxanası ərazisinə daxil olarkən düzgün manevr etməyib hərəkətdə olan “Opel Astra” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomaşına yol verməyərək toqquşmuşdur. İş materiallarında olan 11 yanvar 2021-ci il tarixli 208 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə zamanı Şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən həmin Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs AR İXM-in 332.4-cü maddəsinin sanksiyası çərçivəsində cərimə növündə inzbati tənbeh tədbiri tətbiq edilməli, AR İXM-in 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün materiallar Sumqayıt şəhər X3ytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün materiallar Sumqayıt şəhər X3ytarılsın. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiyaşikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-298/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-298/2021
21.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver