Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2984/2021 29.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Prokuror - Sumqayıt şəhər prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X3, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs – Şəxs, Zərərçəkmiş şəxs – X2 iştirakları ilə, xx.xx.2000-ci ildə Astara rayonu, Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Füzuli rayonu, İşıqlı kəndində qeydiyyatda olmaqla Sumqayıtçay stansiyasında yerləşən fərdi yaşayış evində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xətaya dair iş materiallarında olan 24 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan və Sumqayıt şəhər Məhkəməsinin 1(060)-346/2021 saylı, 26.07.2021-ci il tarixli qərarından görünür ki, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və hadisə baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkət etdirməməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə zidd olaraq heç bir tədbir görməyib idarə etdiyi “Hyundai Sonata” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Şəxs 20 yanvar 2021-ci il tarixdə saat 18:00 radələrində AC seriyalı, 045490 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Sonata” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Bulvar yolu küçəsində 120 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və hadisə baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkət etdirməməli olduğu halda bunları etməyərək Sumqayit bulvarı ərazisində yerləşən “Asfar” stadionunun qarşısında əks istiqamətdən hərəkət edərək geriyə dönmə əməliyyatı edən X5 idarə etdiyi “Opel Vita” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə olan X2 “qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sol təpə-alın nahiyyəsinin əzilmiş-cırılmış yarası” kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında çıxış edən prokuror X1 Əbülfəz Şəmməd oğlu brəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs hazırda zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X4 inzibati xəta törətmiş Şəxs ilə barışdığını və ondan heç bir şikayətinin olmadığını bildirdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 1(060)-346/2021 saylı, 26.07.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 263cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun Azərbaycan Respublikası CM-nin 263-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Sumqayıt şəhər Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə əsasən prokuror həmin Məcəllənin konkret göstərilən maddələrində nəzərdə tutulan inzibati xətalardan əlavə həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-346/2021 saylı, 26.07.2021-ci il tarixli qərarında olan məhkəmə-tibbi ekspertizasının 18.03.2021-ci il tarixli, 297 saylı rəyindən görünür ki, vət. X2 bədəni üzərindəki aşağıdakı xəsarətlər aşkar edilmişdir: qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol təpə-alın nahiyyəsinin əzilmiş-cırılmış yarası. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir. Zərərçəkənin tibbi yardıma müraciət etdiyi vaxtdan az qədər əvvəl olmaqla 20.01.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı yarana bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan saglamlığa yüngül zərərvurmaya aid edilir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 17.02.2021-ci il tarixli, 8/316 saylı rəyindən görünür ki, “Hyundai Sonata” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəli haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinn 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almaga texniki imkanı olmuşdur. Həmçinin, 20.01.2021-ci il tarixl 359 saylı sərxoşluq vəziyyətinin tibbi müayınəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X2 məhkəmə iclas zalında təqdim etdiyi 29.09.2021-ci il tarixli ərizəsindən görünür ki, Şəxslə barışmışdır. Ondan şikayəti yoxdur. Beləliklə, Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Odur ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Şəxs təqsirli bilindiyi AR İXM-in 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2984/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2984/2021
29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver