Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2986/2022 30.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs-X1 iştirakı ilə, X1 Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X3 şikayət verərək barəsində tərtib edilmiş TP ******* saylı qərarın ləğv edilməsini və əməlində Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında material Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş, iş baxılması üçün təyin edilmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində yerləşən “Avtovağzal” istiqamətində hərəkət edən zaman Sumqayıt şəhər DYPŞ yol patrul xidməti inspektoru polis leytenantı X4 idarə etdiyi nəqliyyat vasitəsini saxlama əmri verərək saxlatdırmışdır. Bundan sonra polis əməkdaşı ona yaxınlaşaraq piyadaya yol vermədiyini bildirərək cərimə yazacağını bildirmişdir. O isə piyada keçidində olan piyadalarına yol verdiyini bildirərək, yol vermədiyini əsas gətirdiyi piyadaların piyada keçidindən kənarda yolu keçdiklərini və onlara yol verməyə borclu olmadığını bildirmişdir. Lakin polis əməkdaşı cırimə yazmaqda israrlı olduğu üçün onunla razılaşmamışdır. Bundan sonra o qayda pozuntusuna aid videogörüntünü izləmək istədiyini bildirdidkdə polis əməkdaşı videogörüntünü izlədə bilməyəcəyini bildirmiş və beləliklə əsassız olaraq ona cərimə yazmışdır. O polis əməkdaşından protokolu və qərarı tələb etdikdə verə bilməyəcəyini və bölməyə yaxınlaşaraq götürəcəyinin mümkünlüyünü bildirmişdir. Protokol tərtib olunduqdan bir müddət keçməsinə baxmayaraq protokol onun ünvanına göndərilmədiyi üçün o məcbur qalaraq özü götürmək məcburiyyətində qalmışdır. Hazırda narazılığının yaranma səbəbi onun əməlində heç bir qayda pozuntusunun tərkibinin olmamasıdır. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs-X3 şikayətdə göstərilənləri müdafiə edərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Sumqayıt Şəhər DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsi barədə heç bir məlumat verməmişdir. Məhkəmə X1 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərardan görünür ki, X3 Bakı-20 Yanvar küçələrinin kəsişməsində nizamlanmayan piyada keçidinə daxil olmuş və piyadaya yol verməmişdir. Buna görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş diskdəki videogörüntülərə baxış keçirilmiş, həmin görüntülərdə X1 nizamlanmayan piyada keçidinə daxil olaraq piyadalara yol vermədiyi öz təsdiqini tapmışdır. Həmin Məcəllənin 330.0.1-ci maddəsinə əsasən Sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə-50 manat məbləğində cərimə edilir. Beləliklə, X1 şikayəti əsassız olduğundan rədd edilməlidir. X3 nizamlanmayan piyada keçidinə daxil olaraq piyadalara yol vermədiyinə görə tənbeh edilmişdir. Bununla bağlı sübutlar var. Qərar qanuni və əsaslıdır. Ona görə də, məhkəmə hesab edir ki, X2 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikasının İXM-nin 330.0.1.-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2986/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2986/2022
30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver