Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2987/2021 04.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 11000/1077 saylı, 09 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X1 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən qəbul edilmiş 11000/1077 saylı, 09 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır ona görə ki, inzibati orqan araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş və düzgün tədqiq etməmişdir. Mübahisələndirilən inzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasından ibarətdir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin dispozisiyasına əsasən inzibati məsuliyyətin yaranmasının əsası məhz vəsaitin əldə edilməsi ilə şərtləndirilir, vəsaitlər əldə edilmədiyi halda şəxs barəsində inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. Belə ki inzibati xətaya əsas olmuş məbləğlər iddiaçıya məxsus bank hesabına mədaxil olunmuşdur. Odur ki, 11000/1077 saylı, 09 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq şikayət vermiş şəxs və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati iş üzrə bütün materialları tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair 11000/1077 saylı, 09 avqust 2021-ci il saylı inzibati tənbeh vermə haqqında qərar qanunidir və onun ləğv olunması üçün hər hansı hüquqi əsas yoxdur. Azərbaycan Respublikasının prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”-nın 12-ci bəndinin icrasının təmin edilməsi və eyni zamanda qanunun 12.2 və 12.3-cü bəndələrinin tələblərinə əsasən 180 gün müddətində xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçı nın Azərbaycan Respulikasında müvəkkil bankdakı olan hesabına köçürülməsinın təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. İş materiallarında olan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X6 tərəfindən 30.10.2020-ci il tarixdən 22.11.2020-ci il tarixə kimi Ukrayna Respublikası, Odessa vilayəti, Çernomorsk şəhəri, Buraçya Balka kəndi, Severnaya küçəsi, 4 ünvanında qeydiyyatda olan "Tranzit-Servis” MMC-yə, Ukrayna Respublikası, Nikolayev şəhəri, Morexodnaya küçəsi 2 A, OF 212, Prpmışlennaya küçəsi 5 ünvanında qeydiyyatda olan "xxxx" MMC-yə, Gürcüstan Respublikası, Tbilisi şəhəri, İ.Yevdosvlils 13 ünvanında qeydiyyatda olan LTD "İka Fruti” firmasına, Gürcüstan Respublikası, Tbilisi şəhərində qeydiyyatda olan LTD “Zaza", Gürcüstan Respublikası, Tbilisi şəhəri, İsani rayonu, Hospital fane N 4, apt. 30 ünvanında qeydiyyatda olan LLC “Mizanı” və Gürcüstan Respublikası, Tbilisi şəhəri, Qarişvili qardaşları küçəsi 7 ünvanında qeydiyyatda olan LTD "Nikolasi” firmasına göndərilmiş "təzə nar" yükünün müqabilində ödənilməli olan 50398.60 ABŞ dolları məbləğində valyuta vəsaitinin təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsini təmin etməmiş və bununla da qeyd olunan fiziki şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla əlaqədar X4 bəyannamə üzrə göstərilmiş hüquqi ünvanına 02.06.2021-ci il tarixli 1600-019/002-24/002711 saylı məktub göndərilmiş, lakin fiziki şəxs ixrac etdiyi yükə görə ödənilməli olan məbləğin müvəkkil bankda olan hesablarına köçürülüb köçürülməməsi barədə Qərb Ərazı Baş Gomruk İdarəsinə heç bir sənəd təqdim etməmişdir. Qeyd olunan faktla bağlı Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 14.07.2021-ci il tarixdə, 11000-0980/21 saylı inz bat xəta haqqında iş üzrə inzibatı araşdırma başlanmışdır. Araşdırma ərzində ödənilməli olan 50398.60 (əlli min üç yüz doxsan səkkiz dollar altmış sent) ABŞ dolları məbləğində vəsaitin müvəkkil banka ödənilməsinin təmin olunmamasının səbəbinin aydınlaşdırılması məqsədi ilə izahat verilməsi üçün 14.07.2021ci il tarixli, 1600-013/004-26/003408 saylı məktubla ünvan 2 ünvanında qeydiyyatda olan X5 müraciət olunmuşdur. X2 Qərb Ərazi Baş Gömrük İdarəsinə gəlməmiş və qeyd olunan məsələ üzrə münasibət bildirməmişdir. Araşdırma ərzində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olumuş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12-ci bəndinin xrƏasinin təmin edilməsi və eyni zəmanda Qanunun 12.2 və 12.3-cü bəndlərinin tələblərinə əsasən 180-gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edəməsi nəzərdə tutulmuşdur. Beləliklə fiziki şəxs X6 tərəfindən konsiqnasiya əməliyyatı əsasında 30.10.2020-cı il tarixdən 22.11.2020-ci il tarixə kimi Ukrayna Respublikasına, Gürcüstan Respubikasına göndərilmiş "təzə nar” yükünün müqabilində ödənilməli olan 50398.60 (əlli min üç yüz doxsan səkkiz dollar altmış sent) ABŞ dolları məbləğində valyuta vəsaitinin ödənilməsi təmin olunmamışdır. X6 tərəfindən 30.10.2020-ci il tarixdən 22.11.2020-ci il tarixədək ixrac edilmiş yükə dair təsdiq olumuş bəyannamələrdə gömrük bəyannamələrinin 23-cü qrafasında 1 ABŞ dollarının həmin tarixə Azərbaycan manatına olan nisbəti 1.7000 manatla ifadə edilmişdir və beləliklə ixrac olunmuş yüklərə dair qaytarılmalı olan məbləğ 85677.62 (səksən beş min altı yüz yetmiş yeddi manat altmış iki qəpik) manat hesablanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci madəsinin 208-ci maddəsinin qeyd hissəsində “xeyli miqdar” dedikdə qaytarılmamış xarici valyuta vəsaitlərinin iyirmi min manatdan yuxarı, lakin otuz min manatdan artıq olmayan məbləği, “külli miqdar” dedikdə otuz min manatdan artıq olan məbləği başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin Azərbaycan Respublikası CM-nin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 25 dekabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin cinayət məsuliyyəti müəyyən edilmədiyindən bu şəxslərə münasibətdə inzibati xətanın zəruri əlaməti kimi yalnız xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması əməlinin törədilməsi çıxış edir. Müvafiq olaraq xarici valyuta vəsaitlərinin iyirmi min manatdan artıq məbləğdə xaricdən qaytarılmaması hallarında da zəruri əlamət kimi yalnız xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması nəzərdə tutulmuşdur. Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, X9 oğlunun barəsində tərtib olunmuş 11000/1077 saylı, 09 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X9 oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X6 tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 11000/1077 saylı, 09 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X9 oğlu tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən X4 barəsində qəbul edilmiş 11000/1077 saylı, 09 avqust 2021-ci il saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2987/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2987/2021
04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver