Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2987/2024 09.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızı, Abdullayev İsabəli Vidadi oğlunun inzibati xəta haqqında iş üzrə qərarlardan verdiyi şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq, MÜƏYYƏNETDİ: Abdullayev İsabəli Vidadi oğlu Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Dövlət Yol Polisi İdarəsinin xx.xx.2021-ci il tarixli, EQ12358708 saylı, xx.xx.2021-ci il tarixli, EQ12358705 saylı, xx.xx.2022-ci il tarixli, EQ12358709 saylı, xx.xx.2022-ci il tarixli, EQ12358711 saylı, xx.xx.2022-ci il tarixli, EQ12358712 saylı, xx.xx.2022-ci il tarixli, EQ12358713 saylı, xx.xx.2022-ci il tarixli, EQ12358720 saylı, xx.xx.2022-ci il tarixli, EQ12358718 saylı, xx.xx.2022-ci il tarixli, EQ12358714 saylı qərarlarının ləğv edilməsini, həmin qərarlar əsasında hesablanmış ümumilikdə 704 manat məbləğində inzibati cərimələrin silinməsini və barəsində başlanmış inzibati xəta haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qrəar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Müəyyən edilmişdir ki, iş üzrə doqquz inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hər bir inzibati tənbeh qərarı üzrə icraat ayrı-ayrılıqda aparıldığı üçün onlardan məhkəməyə edilən şikayət də ayrı-ayrılıqda verilməldir. Göstərilənlərdən əlavə məhkəmə qeyd edir ki, şikayətçi yuxarıdakı abzasda qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək qərarına gələrsə, onun həmin qərarlardan 20 gün müddətə şikayət verə biləcəyi, bu müddət ötürüldükdə isə şikayətlə birlikdə müvafiq müddət bərpa barədə vəsatətlə məhkəməyə müraciət edə biləcəyi izah edilməldir. Ona görə də şikayət vermiş şəxsə qeyd edilən natamamlıqlar aradan qaldırıldıqdan sonra səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Sumqayıt Dövlət Yol Polisi İdarəsinin xx.xx.2021-ci il tarixli, EQ12358708 saylı, xx.xx.2021-ci il tarixli, EQ12358705 saylı, xx.xx.2022-ci il tarixli, EQ12358709 saylı, xx.xx.2022-ci il tarixli, EQ12358711 saylı, xx.xx.2022-ci il tarixli, EQ12358712 saylı, xx.xx.2022-ci il tarixli, EQ12358713 saylı, xx.xx.2022-ci il tarixli, EQ12358720 saylı, xx.xx.2022-ci il tarixli, EQ12358718 saylı, xx.xx.2022- ci il tarixli, EQ12358714 saylı qərarlarından Abdullayev İsabəli Vidadi oğlu tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İnzibati tənbeh tətbiq etmə barədə qərarlardan ayrı-ayrılıqda qərarın təsviriəsaslandırıcı hissəsində qeyd edilən aidiyyət qaydalarına uyğun şikayət etmək hüququnun olması (şikayət verilən tarixdə müddət ötürüldüyü halda isə buraxılmış müddətin bərpasına dair vəsatətlə birlikdə) Abdullayev İsabəli Vidadi oğluna izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2987/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2987/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver