Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2988/2021 03.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 03.09.2021-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 02.08.2021-ci il tarixdən 03.08.2021-ci il tarixə keçən gecə ərzində ünvan 2 ünvanının qarşısından **-CR-*** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ” markalı avtomobildən qabaq sağ şüşəni sındıraraq “pioneer” markalı maqnitafonu oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirdi ki, 02.08.2021-ci il tarixdən 03.08.2021-ci il tarixə keçən gecə ərzində ünvan 2 ünvanının qarşısından **-CR-*** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ” markalı avtomobildən qabaq sağ şüşəni sındıraraq “pioneer” markalı maqnitafonu oğurlamışdır. O, hal-hazırda törətdiyi əməldən səmimi olaraq peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirdi ki, 02.08.2021-ci il tarixdən 03.08.2021-ci il tarixə keçən gecə ərzində ünvan 2 ünvanının qarşısından ona məxsus olan **-CR-*** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ” markalı avtomobildən qabaq sağ şüşəni sındıraraq “pioneer” markalı maqnitafonu oğurlanmışdır. Şəxs tərəfindən dəymiş zərər ödənilməmişdir. Dəymiş zərərin ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, proses iştirakçılarının izahatı, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 03.09.2021-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokola və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İş materiallarından olan inzibati qaydada tutulma haqqında protokoldan görünür ki, Şəxs 02.09.2021-ci il tarixdə saat 10:30-da inzibati qaydada tutulmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs oğluna Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l dı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 02 sentyabr 2021-ci il tarixdən, saat 10:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs X3 vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2988/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2988/2021
03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver