Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2988/2022 21.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş şəxs X5, Zərərçəkmiş şəxslər X3 və X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* №-li, xx.xx.2022-ci il tarixli, MN ******* №-li və xx.xx.2022ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar daxil olmuşdur. Protokollarda qeyd edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Sumqayıt şəhər qəbiristanlığında X1 qəbrinin ətrafına qoyulmuş 50 manat dəyərində süni gülləri, xx.xx.2022-ci il tarixdə, saat 02:30 radələrində Sumqayıt şəhər qəbiristanlığında X1 qəbrinin ətrafına qoyulmuş 60 AZN dəyərində süni gülləri, xx.xx.2022-ci il tarixdə gecə saatlarında Yaşıldərə bağlarında X7 həyət evindən elektrik kabeli oğurlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin tələbinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li və xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* protkollarla bağlı işlər bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs tərtib etdiyi protokollara uyğun izahat verərək qanunauyğun qərara qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirdi ki, xx.xx.2018-ci il tarixdə həyat yoldaşı X2 vəfat etmiş və onu Sumqayıt şəhər qəbiristanlığında dəfn etmişdir. xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində həmin qəbri ziyarət edən zaman ətrafına qoyduğu güllərin yerində olduğunu görmüş və xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində qəbri ziyarət edən zaman isə ümumi dəyəri 50 manat olan süni güllərin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində həmin qəbri ziyarət edən zaman ətrafına qoyduğu güllərin yerində olduğunu görmüş və xx.xx.2022-ci il tarixdə saat 07:00 radələrində qəbri ziyarət edən zaman isə ümumi dəyəri 60 manat olan süni güllərin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 110 manat maddi ziyan vurulmuşdur. Qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahat verərək bildirdi ki, Sumqayıt şəhəri, Yaşıldərə bağları ərazisində yerləşən özünə məxsus fərdi evindən hər topu 100 metr olmaqla ümumilikdə 2 top elektrik naqili oğurlanmış və bu oğurluq nəticəsində ona 60 manat maddi ziyan dəymişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, oğurluq hadisələrini o törətmişdir, narkomaniya xəstəliyindən əziyyət çəkir. Oğurluq olunan yerləri dəqiq xatırlamır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır, məhkəmədə bu natamamlıq aradan qaldırıla bilməz. Ona görə də protokollar və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, İnzibati xəta haqqında icraat səthi aparılmış, sübutlar toplanmamış, Şəxs barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, icraatın aparılması və protokolun tərtib edilməsi ilə bağlı İXM-nin tələblərinə əməl edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından başqa işdə heç bir sübut yoxdur. Məhkəməyədək icraat zamanı onun təqsiri yalnız özünün etirafedici ifadəsi ilə sübut edilmişdir, ona müdafiəçi təklif və təyin edilməmiş, hüquqları izah edilməmiş, onun təqsirinin sübut edilməsi ilə bağlı heç bir sübut toplanmamışdır. İnzibati xəta haqqında materiallar natamamdır və məhkəmə iclasında göstərilənləri aradan qaldırmaq mümkün deyildir. Göstərilən natamamlıq məhkəmə iclasında müəyyən edildiyindən məhkəmə hesab edir ki, bu mərhələdə materiallar geri qaytarılmalıdır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* №-li, xx.xx.2022-ci il tarixli, MN ******* №-li və xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar və onlara əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə geri qaytarılsın. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. Qərardaddan şikayət verilə bilməz. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2988/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2988/2022
21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver