Məhkəmə qərarları › İş №3(060)-299/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-299/2021

02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-299/2021 02.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Ağdam rayonunda doğulmuş, azərbaycanlı, evli, subay, Sumqayıt şəhəri, məhəllə 13, qonaq evi, mənzil 13-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi inzibati xəta haqqında AP seriyalı, ******* №-li, xx xxxxxx 2021-ci il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs Bakı-Quba yolunun 39-ci km-də yol nişanı tələbinə əməl etmədiyi üçün saxlanılmış, yoxlanışdan keçdikdən sonra məlum olmuşdur ki, maşını sərxoş halda idarə edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qubadlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, xx.xx.2021-ci il tarixdə yol polisi onu saxlamışdır.Yol polisi onu saxladıqdan sonra sərxoşluq vəziyyətinin müəyyən olunması üçün tibbi müayinədən keçməyi təklif etmişdir. O, həmin gün sərxoşluq vəziyyətinin yoxlanılması üçün tibbi müayinədən keçmişdir. Həmin müayinənin nəticəsini əks etdirən aktda onda alkoqol sərxoşluq vəziyyətinin olduğu göstərilmişdir. Sərxoş olduğunu qəbul edir, etdiyi əməldən peşmandır. Ailəlidir, 2008, 2010, 2011-ci il təvəllüdlü üç uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir. Ona görə də, barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Qubadlı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 273 saylı, xx xxxxxx 2021-ci il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, Şəxs həmin tarixdə, saat 21:35-də alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Bu sərxoşluq vəziyyətinin tibbi müayinə aktı ilə və özünün etirafı ilə təsdiq edilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmə Şəxs peşman olmasını, himayəsində üç uşağı olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən, məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyətini ağırlaşdıran halın olmamasını nəzərə alır və hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün ona cərimə növündə tənbeh tətbiq edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar