Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-299/2022 07.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, xx.xx.1999-cu ildə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Şuşinski küçəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 18 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən 17 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* №li protokol tərtib olunmuşdur ona görə ki, **-TG-*** dövlət qeydiyyat nişanlı “Nissan Tiida minik” markalı avtomobili idarə edən xx.xx.1999-cu ildə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Şuşinski küçəsi, fərdi evdə yaşayan Şəxs tərəfindən İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən Şəxs barəsində inzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 25.01.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 07 fevral 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, Şəxs və Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsi müvafiq olaraq gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Sumqayıt şəhər polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X3 HK-1/673 nömrəli yoxlama materialı üzrə 18.10.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti vətəndaş Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt şəhəri polis idarəsi Dövlət yol polis şöbəsinə göndərilməsi qərara alınmışdır. Qərardan həmçinin görünür ki, təhqiqat zərurəti ilə əlaqədar X4 xəsarət alıb-almamasını müəyyən etməkdən ötrü məhkəmə-tibbi ekspertizası təyin edilmiş, məhkəmə-tibb ekspertizasının 10.09.2021-ci il tarixli 1184 saylı rəyindən müəyyən olunmuşdur ki, ekspert belə nəticəyə gəlmişdir ki, X2 alın-gicgahı nahiyyəsinin yarası, sol baldırın bayır səthinin yuxarı 1/3-nin qançırı xəsarəti akrar olunmuşdur. Qeyd olunan xəsarət yol nqəliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və sağlamlığa “YÜNGÜL” zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri, cinayət işinin başlanmasının rədd olunması barədə qərar, 17 noyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanılmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, cinayət işinin başlanılmasının rədd olunması barədə qərar 18.10.2018-ci il tarixdə qəbul olunmuş, Şəxs barəsində olan inzibati xəta haqqında protokol 17.11.2021-cu il tarixdə tərtib olunsa da, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən Şəxs barəsində inzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 25.01.2022-ci il tarixdə məhkəməyə daxil olmuş, yəni qanunla müəyyən olunmuş müddət ötürülmüşdür. İXM-nin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərədə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 38.2, 53.1.6, 114.2.1 115, 129 və 130-cu maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-299/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-299/2022
07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver