Məhkəmə qərarları › İş №3(060)-2993/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2993/2022

21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2993/2022 21.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işrirakları ilə, xx.xx.1984-cü ildə Tovuz rayonunun Çatax kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Tovuz rayonunun Çatax ərazi dairəsi, Çatax kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 tərəfindən xx.xx.2022ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-296/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən cinayət nəticəsində dəymiş ziyanın əvəzi 2980 (iki min doqquz yüz səksən) manat məbləğində pulun borclu Şəxs alınaraq X6 verilməlidir. Lakin borclu icra sənədi üzrə tələbi icra etməkdən üzürsüz olaraq boyun qaçırmışdır. Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-296/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən cinayət nəticəsində dəymiş ziyanın əvəzi 2980 (iki min doqquz yüz səksən) manat məbləğində pulun borclu Şəxs alınaraq X6 verilməlidir. Borclu tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş, ona hüquq və vəzifələri izah olunmuş və cinayət nəticəsində dəymiş ziyanın əvəzi 2980 (iki min doqquz yüz səksən) manat məbləğində pulun ondan alınaraq X6 ödəməsini bildirilmişdir. Lakin o ona belə bir şeyin deyilmədiyini və maddi imkanının zəif olmasını bildirərək ödəniş edə bilməyəcəyini demişdir. Ona görə də, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-296/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən cinayət nəticəsində dəymiş ziyanın əvəzi 2980 (iki min doqquz yüz səksən) manat məbləğində pulun borclu ondan alınaraq X6 verilməlidir. Ona cəza verildikdən sonra ayağına qolbaq taxıldığını, ayağında qolbaq olduğuna görə heç yerdə işə götürülmədiyini və onun cəzasının təkcə qolbaqdan ibarət olduğunu bildirdi. Maddi imkanın zəif olduğunu və müharibə iştirakçısı etməsini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-296/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən cinayət nəticəsində dəymiş ziyanın əvəzi 2980 (iki min doqquz yüz səksən) manat məbləğində pulun borclu Şəxs alınaraq ona verilməlidir. Heç bir ödəniş etməmiş, onunla əlaqə saxlamamışdır. Hissə-hissə ödəməsinə də razidır. Şəxs barəsində hökm çıxarıldıqda şikayət etmədiyini, ona yüngül cəza verilməsini bildirdiyinə baxmayaraq o bu günədək heç bir ödəniş etməmişdir. Ona görə də, borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarı izahatını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 tərəfindən xx.xx.2022ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-296/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən cinayət nəticəsində dəymiş ziyanın əvəzi 2980 (iki min doqquz yüz səksən) manat məbləğində pulun borclu Şəxs alınaraq X6 verilməlidir. Lakin borclu icra sənədi üzrə tələbi icra etməkdən üzürsüz olaraq boyun qaçırmışdır. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati cərimə cəzası tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar