Məhkəmə qərarları › İş №3(060)-2994/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2994/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2994/2024 25.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət verən şəxs Hüseynov Elxan Vəkil oğlunun, X1 iştirakları ilə, Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23007804 nömrəli inzibati tənbeh tətbiq etmə barədə elektron qərardan Hüseynov Elxan Vəkil oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüseynov Elxan Vəkil oğlu şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23007804 nömrəli inzibati tənbeh tətbiq etmə barədə elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə **-OS-*** dövlət qeydiyyat nişanlı “Kia Sportage” markalı avtomobil sahibi X5 inzibati xəta protokolu və Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə 80 manat cərimə edilmisdir. xx.xx.2024-cü il tarixdə X2 Şəhər Məhkəməsinə ərizə ila müraciət edərək bildirmisdir ki, inzibati xətanı Hüseynov Elxan Vəkil oğlu törətmişdir. Məhkəmə qərar qəbul edərək ərizəni təmin etmiş və sübut olunmuşdur ki, sükan arxasında Hüseynov Elxan Vəkil oğlu olmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən ona mobil telefon vasitəsilə bildirilmişdir ki, Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə 80 manat cərimə olunmuşdur. Bununla razı deyildir. xx.xx.2024-cü il tarixdə avtomobillə hərəkətdə olarkan yolda bir neça dəfə avtomobilin idarə etmə panelindən yanıq iyi gəlmiş və avtomobilin hərəkəti dayanmışdir. Elektrik cərəyanı kəsilmişdir. Bir az gözlədikdən sonra avtomobildə elektrik cərəyanı bərpa olunmuş və hərəkətə başlamış, səhəri gün bazarın yanında paneldan yenidən yanıq iyi gəlmis, bu səbəbdən avtomobil dayanmışdır. Avtomobilin arxa qapısını açıb qəza nişanını çıxartmaq istəmis, lakin qabaqda dayanma üçün boş yer olduğunu görüb maşının paneli tüstüləyə-tüstüləyə ora sürüb saxlamışdır. Avtomobilin başlıgını açıb akumlyatoru cərəyandan ayırmışdır. Bütün releni yoxlayaraq ayırd eləmisdir ki, naqillərdən ikisinin izolyasiyası pozulduğundan qısa qapanma baş vermiş və qəza siqnalının, kondisionerin, faraların relesi sıradan çıxmısdır və cərəyan avtomobilə pis ötürüldüyündən ondan asılı olmayaraq hərəkəti dayanmışdır. Bu nasazlığı aradan qaldıraraq yoluna davam etmişdir. İnzibati xəta qeydə alınan zaman avtomobil ondan asılı olmayaraq hərəkətini dayandırmışdır. Qeyd olunan qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Hüseynov Elxan Vəkil oğlu ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırkı şikayətə qərar qəbul etmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 23007804 nömrəli inzibati tənbeh tətbiq etmə barədə elektron qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün DİN BDYPİyə göndərilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2011/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X4 şikayəti qismən təmin olunmuş, Azarbaycan Respublikasi DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-ci it tarixli, EQ 23007804 nömrəli inzibati tanbeh verma haqqında qərarı ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli EQ 23007804 nömrəli inzibati tənbeh vermə barədə elektron qərardan görünür ki, Hüseynov Elxan Vəkil oğlu Azərbaycan Respublikasının İXM-in 346.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş, barəsində 80 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, **-OS-*** dövlət qeydiyyat nişanlı “Kia Sportage” markalı avtomobil yolun ortasında dayanmış, qapısı açıq vəziyyətdə və qapının yanında bir nəfər şəxs dayanmışdır. Məhkəmə hesab edir ki, iş materiallarında olan fotoşəkillərdən göründüyü kimi 517 dövlət qeydiyyat nişanlı “Kia Sportage” markalı avtomobil yolun ortasında dayanmış, qapısı açıq vəziyyətdə və qapının yanında bir nəfər şəxs dayanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2011/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X4 şikayəti qismən təmin olunmuş, Azarbaycan Respublikasi DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-ci it tarixli, EQ 23007804 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Lakin, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsində Hüseynov Elxan Vəkil oğlu barəsində lazımi qaydada araşdırma aparılmadan Azərbaycan Respublikasının İXM-in 346.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş, 80 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası DİNnin BDYPİ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmiş və həmçinin, Hüseynov Elxan Vəkil oğlunun Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23007804 nömrəli inzibati tənbeh tətbiq etmə barədə elektron qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-in tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Qeyd edilən səbəbdən də həmin qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Hüseynov Elxan Vəkil oğlunun şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN-nin BDYPİ-si tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23007804 nömrəli inzibati tənbeh tətbiq etmə barədə elektron qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar