Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2994/2025 15.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, X1 iştirakı ilə, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis Baş X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP7634807 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli TP № ******* saylı qərarın və həmin qərara əsasən hesablanmış 200 (iki yüz) manat cərimənin ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci ildə barəsində AR İXM-nin 332.2 və 322.0.1 -ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli İXP7583286 saylı Protokol və TP № ******* saylı qərar qəbul edilmiş, həmin qərara əsasən 200 (iki yüz) manat cərimə edilmişdir. O, barəsində tərtib olunmuş qərarla razılaşmır. Beləki xx.xx.2025-ci il tarixdə mülkiyyətçisi olduğu **-GU-*** dövlət qeydiyyat nişanlı, X6 markalı nəqliyyat vasitəsi qərar qəbul edilən anda hərəkətsiz olmuşdur. Avtomaşınına yaxınlaşan yol polis əməkdaşına bildirmişdir ki, maşında nasazlıq olduğu üçün dayanmışdır. Bundan əlavə bildirir ki, o, sükan arxasında olmamış və avtomobil idarə edilməmişdir. Avtomaşın ona məxsus olduğuna görə yol polis əməkdaşı cəriməni onun adına yazmışdır. Həmçinin bildirir ki, o, 2- ci qrup Qarabağ müharibəsi əlilidir. Aldığı pensiya hesabına dolanır, digər bir yerdən qazancı yoxdur. Hesab edir ki, bu səbəbdən də barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP № ******* saylı qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X5 eyni məzmunlu izahat verərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Sumqayıt şəhər X10 Şöbəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Sumqayıt şəhər X10 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis Baş X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP7634807 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt şəhər X10 Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis Baş X2 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 həmin tarixdə “X6 avtobus” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə müntəzəm beynəlxalq marşurutlar üzrə hərəkət edən avtobusların müəyyən edilməsi hərəkət cədvəlinə və hərəkət sxeminə riayət olunmamasına görə Azərbaycan Respublikasının İXM-nin 332.2 və 322.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bu səbəbdən də həmin maddə ilə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə də müəyyən edilmişdir ki, “X6 avtobus” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtobusun nasaz olduğu üçün dayandığını və ona protokol tərtib olunan zaman sükan arxasında olmadığını bildirsə də qeydə alınmış inzibati xətalara görə X4 Əmir oğlu təqsirli bilinərək inzibati qaydada cərimə edilsə də, inzibati xəta qeydə alınarkən həmin nəqliyyat vasitəsinin X5 tərəfindən idarə edilib-edilməməsi məsələsi araşdırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X5 barəsində qəbul edilmiş Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis Baş X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP7634807 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta törətmiş şəxsin (şəxslərin) müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün iş yenidən baxılmaq üçün Sumqayıt şəhər X10 Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin olunsun. Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis Baş X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP7634807 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt şəhər X10 Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-2994/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2994/2025
15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver