Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2998/2022 22.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Sumqayıt Regional Vəkil Bürosunun vəkili – Vəkil iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Sumqayıt şəhər Məhkəməsinin icraatına Şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən protokol daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhər, 12-ci mikrorayon ərazisində yerləşən “Oba” marketdən yağ məhsulları və kofe məhsulları oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqında protokolu tərtib etmiş 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı X6 protokolda yazılanları təsdiq edərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhər, 12-ci mikrorayon ərazisində yerləşən “Oba” marketdən yağ məhsulları və kofe məhsulları oğurlamışdır. Şəxs özü izahatında yağ məhsullarını və kofe məhsullarını oğurladığını bildirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində cinayət işinin başlanması rədd edilmiş və inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə 1-ci Polis bölməsinə göndərilmişdir. Qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, iki kofe oğurlamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Narkotik istifadəçisidir. Valideynləri xəstədir. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə administrator vəzifəsində çalışdığı Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən “Oba” marketdən hər birinin dəyəri 21 manat olan 2 ədəd “Doyaruşka” markalı və hər birinin dəyəri 20 manat olan 3 ədəd “Anchor” markalı yağları, eləcə də, hər birinin dəyəri 15 manat olan 4 ədəd “Nescafe Gold” markalı kofelər oğurlanmışdır. Oğurluq hadisəsi ilə əlaqədar videogörüntü olduğunu, kofe məhsullarının Şəxs tərəfindən oğurlandığını, yağ məhsullarının isə başqa şəxslər tərəfindən oğurlandığını, həmin videogörüntünü polisə təqdim etdiyini bildirdi. Mağazaya dəymiş ziyanın onun əmək haqqından tutulduğunu bildirdi. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil bildirdi ki, Şəxs da, zərərçəkmiş şəxs də yalnız kofe oğurlandığını bildirir. İş üzrə düzgün araşdırılma aparılmamışdır. İş üzrə icraata xitam verilib materialın geri qaytarılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, zərərçəkmiş şəxsin nümayəndəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati protokol tərtib etmiş şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs yalnız bir oğurluq hadisəsini törətməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirinin olması onun özünün etirafı, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qəbul edilmiş qərarın surətinin naməlum şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tədbir görülməsi məqsədilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə inzibati qaydada tutulmuşdur. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə araşdırması zamanı Şəxs kofe məhsullarını oğurlaması özünün, zərərçəkmişin ifadəsi, iş materiallarına əlavə edilmiş videogörüntü ilə öz təsdiqini tapmış, lakin yağ məhsullarının onun tərəfindən oğurlanması sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında iş materiallarına əlavə edilmiş diskə baxış keçirilmiş, Şəxs yalnız kofe məhsullarını oğurlaması müəyyən edilmişdir. Digər videogörüntüdə isə onun yuyucu vasitələr oğurladığı müəyyən edilmiş, lakin bununla bağlı protokollaşdırma aparılmadığından məhkəmə həmin hissəyə qiymət vermir. Eyni zamanda zərərçəkmiş şəxs özü izahatında yağ məhsullarının Şəxs tərəfindən deyil, başqa şəxslər tərəfindən oğurlandığını, bununla bağlı başqa videogörüntü olduğunu və onu polisə təqdim etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, yağ məhsullarının oğurlanması hissəsində təqsirkar şəxsin (şəxslərin) müəyyən edilib tədbir görülməsindən ötrü materiallar Sumqayıt şəhər Polis İdarəsinə göndərilməlidir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 21 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, Foka Türkiyəyə qarşı, Gillan və X4rşı, Şimovolos Rusiyaya qarşı, Breqa və başqaları Moldovaya qarşı). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli 21 noyabr 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın təsviri hissəsində göstərilən yağ məhsullarının oğurlanması hissəsində araşdırma aparılmasından ötrü materiallar Sumqayıt şəhər Prokurorluğu vasitəsi ilə Sumqayıt şəhər Polis İdarəsinə göndərilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil oğlu tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protest verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-2998/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2998/2022
22.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver