Məhkəmə qərarları › İş №3(060)-3/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3/2024 08.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" firmasının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati xəta haqqında 06 dekabr 2023cü il tarixli, EP № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" firması barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" Firması 1073800.00 Rusiya rublu məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 1073800.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta protokolu tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" firmasının etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək bildirdi ki, "xxxx" Firması ilə Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC arasında bağlanmış 4- E 2021 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" Firması xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin hesabına 1073800.00 (bir milyon yetmiş üç min səkkiz yüz) Rusiya rublu məbləğində pul vəsaiti köçürülmüşdür. Bağlanmış müqaviləyə görə "xxxx" MMC "xxxx" Firmasına tikinti materialları göndərməli idi. 2022-ci il tarixdən firmaya göndərilən mallarda gecikmələr başladı. Bununla əlaqədar həmin şirkətə dəfələrlə müraciət edilmiş, axırıncı müraciətə xx.xx.2023-cü il tarixli məktubla cavab verilmiş və müharibə ilə əlaqədar malların göndərilməsinin mümkün olmadığını, həmçinin banklarda olan hesablarına sanksiya tətbiq edildiyindən ödənilən məbləği də geri qaytarmağın mümkün olmadığı bildirilmişdir. "xxxx" Firması "xxxx" MMC-yə qarşı Sumqayıt Kommersiya Məhkəməsində pul tələbi barədə iddia ərizəsi ilə müraciət etmiş, iddia həmin Məhkəmənin e-2-2(119)-860/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuş və Rusiya Federasiyasında qeydiyyata alınmış cavabdeh "xxxx" MMC-dən ******* (doqquz milyon doxsan yeddi min yüz qırx beş) Rusiya rublu məbləğində pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq Azərbaycan Respublikasında qeydiyyata alınmış iddiaçı "xxxx" Firmasına ödənilməsi qət edilmişdir. Bundan əlavə "xxxx" MMC-nin yeganə təsisçisi və direktoru vəfat etmişdir və hal-hazırda "xxxx" MMC fəaliyyət göstərmir. Göründüyü kimi malların və ya göndərilən vəsaitin ölkəyə qaytarılmamasında Firmanın günahı yoxdur. Bütün bunları nəzərə alaraq məhkəmədən "xxxx" Firması barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" Firması apardığı qabaqcadan ödəniş günündən 2 (iki) il keçib, lakin malın ölkəyə daxil olduğu haqqında sənədlər Banka təqdim olunmamışdır. İş materiallarında olan 4-E 2021 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" Firması ilə Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC arasında müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli köçürmə üçün ərizənin sürətindən görünür ki, "xxxx" Firması tərəfindən "xxxx" MMC-nin hesabına 1073800.00 (bir milyon yetmiş üç min səkkiz yüz) Rusiya rublu məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-860/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, "xxxx" Firmasının "xxxx" MMC-yə qarşı pul tələbi barədə iddiası təmin olunmuş və Rusiya Federasiyasında qeydiyyata alınmış cavabdeh "xxxx" MMC-dən ******* (doqquz milyon doxsan yeddi min yüz qırx beş) Rusiya rublu məbləğində pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq Azərbaycan Respublikasında qeydiyyata alınmış iddiaçı "xxxx" Firmasına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) Rusiya rublu ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" firmasının etibarnamə üzrə nümayəndəsinın izahatından və iş materiallarından müəyyən olunur ki, "xxxx" Firmasının "xxxx" MMC-yə qarşı pul tələbi barədə iddiası Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-860/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin olunaraq Rusiya Federasiyasında qeydiyyata alınmış cavabdeh "xxxx" MMC-dən ******* (doqquz milyon doxsan yeddi min yüz qırx beş) Rusiya rublu məbləğində pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq Azərbaycan Respublikasında qeydiyyata alınmış iddiaçı "xxxx" Firmasına ödənilməsi qət olunsa da, 2 il müddətində "xxxx" Firması tərəfindən həmin qətnamənin Rusiya Federasiyasında tanınması üçün müvafiq məhkəməyə müraciət edilməmiş və məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün heç bir tədbir görməmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, "xxxx" Firması 1073800.00 Rusiya rublu məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 1073800.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir və bununla da, "xxxx" Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddiəsinin tələblərini pozmuşdur. Buna görə də, inzibati xəta törətmiş "xxxx" Firması barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin114.1-ci maddəllərini rəhbər tutaraq, qərar verdim: ünvan 1 ünvanında yerləşən "xxxx" Firması (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 1073800.00 (bir milyon yetmiş üç min səkkiz yüz) Rusiya rublu pul vəsaitinin 20 (iyirmi) faizi məbləğində yəni, 214760.00 (iki yüz on dörd min yeddi yüz altmış) Rusiya rublu məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar